KAMİLsif [ər.] 1. Nöqsansız, qüsursuz, bitkin, tam, mükəmməl. Kamil əsər. - Cəmali-batinim kamildi, yox bir zərrə nöqsanı; Nə qəm, ey mahi-bimehrim, gər olsa surətim naqis. S.Ə.Şirvani. Olum sadağası bu gözəllərin; Mərifətdə kamil, kamalda dərin. Aşıq Ələsgər.
2. Kamala yetmiş, kamilləşmiş, yetkin. Kamil usta. Kamil sənətkar. // Təcrübəli, mahir. Yanmaqda kamildir, odda səməndər; Mən özüm bu yolun mərdanəsiyəm. Q.Zakir. Maşallah, nə yaxşı qabilsən; Bağçabanlıqda xeyli kamilsən. A.Səhhət. // Is. mənasında. Bu hələ kamilləri; Gör nədir cahilləri. (Ata. sözü). [Əziz bəy:] Xeyr, hazır deyil, axtarırıq ki, bir kamil tapaq, vəkil tutaq. M.F.Axundzadə. Cəng əhməqlə eyləməz aqil; Əqli başında olsa gər kamil. S.Ə.Şirvani. Paylaşın - Hamı bilsin
|