KÜFLƏ (ID - 22510)is. 1. B a x külbə1
|
KÜFLƏT (ID - 22511)dan. bax külfət. [Rəhim:] Mən Rüstəm xanın oğluyam, qaçaqlar küflətimizi əsir eylədilər. N.Vəzirov.
|
KÜFR (ID - 22512)is. [ər.] Dinin, Allahın varlığı və birliyi kimi əsaslarını təşkil edən müddəaları danma və bu barədə deyilən söz. Küfr danışmaq (söyləmək) - Allahı, dini danmaq, təhqir etmək, söymək. Nə dedin? Küfr danışdın, cıraram...
|
KÜFRAN (ID - 22513)is. [ər.] klas. Yaxşılığı itirmə; nankorluq. □ Küfran eləmək - yaxşılığı itirmək, nankorluq eləmək. Küfran elədik, sanki bu nemət götürüldü; Millətdə olan büsbütün adət götürüldü. M.Ə.Sabir.
|
KÜFTƏ (ID - 22514)is. [fars.] 1. Bax küftəbozbaş. Küftə bişirmək. - Kişmişdən, badamdan, nanü həlvadən; Qovurmadan, .. küftə, dolmadan verdilər. Q.Zakir. [Seyid:] Müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa, dolma, küftə bişirir ki, ölü yesə...
|
KÜFTƏBOZBAŞ (ID - 22515)is. Küftə, kartof, noxud və s.-dən hazırlanan bozbaş növü. Küftəbozbaş bişirmək. - [Səkinə] küftəbozbaş dolu qazanın ağzını örtmüşdü. M.İbrahimov.
|
KÜFTƏLİK (ID - 22516)sif. Küftəyə yarayan, küftə üçün olan. Küftəlik ət. Üç kiloqram küftəlik bud almaq.
|
KÜKNAR (ID - 22517)is. bot. Konusvari uzun qozaları olan iri, həmişəyaşıl iynəyarpaqlı ağac. Uzaq şimal tayqasında ayaq xizəyində quş kimi süzən bir gənc uca bir küknarın dibində bir anlığa durub tüfəngini çiynindən aşırır. M.Rzaquluzadə. Pəncərədən...
|
KÜKNARLIQ (ID - 22518)is. Çoxlu küknar ağacları bitmiş yer; küknar.
|
KÜKRƏK (ID - 22519)sif. Coşqun, daşqın, kükrəyən, aşıb-daşan. Kükrək çay. - Sanki bayraq deyil o; Birləşmişdi dil-dilə; Kükrək qızıl alovlar. R.Rza.
|
KÜKRƏKLİK (ID - 22520)is. Kükrək şeyin halı; coşma, aşıb-daşma, kükrəmə.
|
KÜKRƏMƏ (ID - 22521)“Kükrəmək” dən f.is.
|
KÜKRƏMƏK (ID - 22522)f Hirslənərək özündən çıxmaq, bərk qızmaq; coşmaq. Xüsusən bacısı Xədicə Hacının üstünə kükrəyərək: - Necə, peyğəmbəri, bu nə sözdür? A.Şaiq. [Bəhlul:] Burda mənim günahım nədir, üstümə bu cür kükrəyirsən?...
|
KÜKÜ (ID - 22523)is. Göyərti və yumurtadan (bəzən də balıqdan) hazırlanan xörək. Kükü bişirmək. - Bəylər yeyər nahara küftə, kəbab və kükü; Məsciddə eylər amma ahü-fəğan orucluq. M.Möcüz. Elə beləcə ailə üzvləri günorta vaxtı oturub...
|
KÜKÜLÜK (ID - 22524)sif. Kükü üçün yararlı, kükü üçün olan (göyərti və s.). Kükülükgöyərti almaq. Kükülük balıq təmizləmək.
|
KÜKÜRD (ID - 22525)is. Sənayedə, kənd təsərrüfatında, tibdə işlənən sarı rəngli tezalışan kimyəvi maddə.
|
KÜKÜRDLƏMƏ (ID - 22526)“Kükürdləmək” dən fis.
|
KÜKÜRDLƏMƏK (ID - 22527)f Kükürd tozu səpmək, kükürd sürtmək. Bitkiləri kükürdləmək.
|
KÜKÜRDLÜ (ID - 22528)sif. Tərkibində kükürd olan, kükürdlə qarışığı olan. Kükürdlü birləşmələr.
|
KÜL (ID - 22529)is. Yanmış şeylərdən qalan boz-qara rəngli toz. Külü atmaq. Külü təmizləmək. Bir soyuq kül o yerdə qaldı nişan: Onu da yel sovurdu sağ və sola. A.Səhhət. Usta Zeynal çubuğu çəkib külünü boşaltdı və durdu ayağa.. C.Məmmədquluzadə....
|
KÜLAFİRƏNGİ (ID - 22530)is. [əsli fransızcadan]
köhn. İri daş balkon (sarayda, qəsrdə və s.-də). Padşah gənə külafirəngidə əyləşib, dizlərin qucaqlayıb qəm dəryasına batmışdı ki, bir də gördü, həmən minval qiyamət başladı.. (Nağıl). Xan... |
KÜLAH (ID - 22531)is. [fars.] köhn. Papaq. Qoyma külahın kəc, a bəy, aldatma cahani; Bəsdir, a filani! M.Ə.Sabir. Aylar ilə işlənmiş mahud külahı dala tərəf sürüşmüşdü. A.Divanbəyoğlu.
|
KÜLAHDUZ (ID - 22532)is. [fars.] köhn. Papaqçı. Yaman külahduzdan yaxşı palanduz yaxşıdır. (Ata. sözü).
|
KÜLATAN (ID - 22533)b a x xəkəndaz.
|
KÜLBAŞ (ID - 22534)is. dan. Bədbəxt, işi düz gətirməyən, zərərdidə, pisgünlü. // Qarğış, danlaq, təhqir məqamında. [Mahmudun arvadı:] Ay külbaş! Mənə bir dəstpaltar ala bilməyirsən, sənə nə olub ki, dəvə boyda qızı da evində saxlayıb bəsləyirsən?!...
|
KÜLBAŞLIQ (ID - 22535)is. Bədbəxtlik, yazıqlıq; pis günə qalmış adamın hal və vəziyyəti.
|
KÜLBƏ1 (ID - 22536)is. 1. Təndirdə, kürədə hava çəkmək üçün deşik. Təndirin külbəsini açmaq.
2. Nehrənin deşiyi. |
KÜLBƏ2 (ID - 22537)[fars.] köhn. Koma, daxma, qazma. Külbeyi-hicranda qalmışam həzin; O şahibazımın çəkərəm qəmin. Aşıq Kərim.
|
KÜLBƏLƏMƏ (ID - 22538)“Külbələmək” dən f.is.
|
KÜLBƏLƏMƏK (ID - 22539)f Təndirin, kürənin külbəsini qapamaq (bax külbə1 1-ci mənada).
|
KÜLÇƏ1 (ID - 22540)is. Tərkibində metal və metal birləşmələri və ya faydalı minerallar olan maddə, süxur. Dəmir külçəsi. Mis külçəsi.
|
KÜLÇƏ2 (ID - 22541)is. Yasda halva ilə paylanan çörək. Sağlığında badam yeməyib, külçəsinə badam vururlar. (Ata. sözü). Qazanla və nimçələrlə plovu, halvanı, külçələri həzm-rabedən keçirən dövlətlilər və mollalar idi. H.Sarabski. [Rəşid:]...
|
KÜLÇƏLƏNMƏ (ID - 22542)“Külçələnmək” dən f.is.
|
KÜLÇƏLƏNMƏK (ID - 22543)f Burulmaq, yumrulanmaq, qıvrıq şəkil almaq. İlan külçələndi.
|
KÜLƏ (ID - 22544)sif məh. Quyruqsuz. Külə keçi.
|
KÜLƏCƏ (ID - 22545)is. köhn. Boynuna, ətəyinə, yaxasına və qol yerlərinin kənarına xəz və s. tikilmiş qolsuz üst geyimi; kürdü. [Ağa Mərdan:] Səbr elə, bir tirmə küləcəmi geyim, mahud cübbəmi bürünüm. M.F.Axundzadə. Əynində atlaz küləcə;...
|
KÜLƏÇALAN, KÜLƏÇALAR (ID - 22546)sif Külə bənzəyən, külə oxşayan, kül rəngində olan, külrəngi. Küləçalan torpaq.
|
KÜLƏK (ID - 22547)is. 1. Havanın üfüqi istiqamətdə hərəkətindən ibarət təbiət hadisəsi; yel. Külək əsir. Külək birdən kəsdi. Külək tutan yer.
Gecələr, gecələr, sonsuz gecələr; Çılğın küləkləri quduz gecələr! M.Müşfiq. Külək... |
KÜLƏKKEŞ (ID - 22548)bax küləklik.
|
KÜLƏKLƏMƏ (ID - 22549)“Küləkləmək” dən f.is.
|
KÜLƏKLƏMƏK (ID - 22550)f 1. Külək əsmək, külək olmaq. Hava küləkləyir.
2. Süni surətdə yel, külək yaratmaq. Yelpiklə özünü küləkləmək. Ocağı paltarın ətəyi ilə küləkləmək. Ventilyator küləkləyir. |
KÜLƏKLƏNMƏ (ID - 22551)“Küləklənmək” dən f.is.
|
KÜLƏKLƏNMƏK (ID - 22552)məch. 1. Külək döymək, külək vurmaq. Sərilən paltarlar küləklənir.
2. Özünü küləyə vermək, sərinlənmək. Nə küləklənirsən? |
KÜLƏKLİ (ID - 22553)sif Külək olan, külək əsən. Küləkli gün. Küləkli hava. - Küləkli bir yaz günü idi. A.Şaiq. Yenicə yarpaq açmış budaqlarda yellənən quşlar isə küləkli gecənin təlaş dolu mürgüsündən sonra indi bir az da dincəlib sakit...
|
KÜLƏKLİK (ID - 22554)is. Hava çəkmək üçün binalarda olan deşik, dəlik, oyuq.
|
KÜLƏKLİ-QARLI (ID - 22555)sif. Həm külək əsən, həm də qar yağan. Küləkli-qarlı gün. Küləkliqarlı hava.
|
KÜLƏKLİLİK (ID - 22556)is. Küləkli havanın və ya yerin halı, xüsusiyyəti.
|
KÜLƏKLİ-TUFANLI (ID - 22557)sif Həm külək əsən, həm də tufan olan. Küləkli-tufanlı gecə. [Gəray ağa:] Biz bu hisli-paslı, tozlu-torpaqlı, küləkli-tufanlı xarabaya öz dərdimizi ağlamaq üçün gəlmişdik! S.Rəhimov.
|
KÜLƏKLİ-YAĞIŞLI (ID - 22558)sif. Həm külək əsən, həm də yağış yağan. Küləkli-yağışlı hava. Nəhayət, küləkli-yağışlı bir gündə [Həsəni] buraxdılar. S.Rəhman.
|
KÜLƏKÖLÇƏN (ID - 22559)is. xüs. Küləyin gücünü və istiqamətini ölçmək üçün cihaz.
|
Bu səhifə dəfə baxılıb