İzahlı lüğət

KÜLƏK

is. 1. Havanın üfüqi istiqamətdə hərəkətindən ibarət təbiət hadisəsi; yel. Külək əsir. Külək birdən kəsdi. Külək tutan yer.
Gecələr, gecələr, sonsuz gecələr; Çılğın küləkləri quduz gecələr! M.Müşfiq. Külək [Dürrənin] getməsinə mane olub paltarını sanki cırmaq istəyirdi.. S.Vəliyev. □ Külək mühərriki - külək vasitəsilə hərəkətə gələn mühərrik.
2. məc. Təşbehlərdə sürət, itilik, cəldlik mənasında. Külək kimi yerimək. - Qoymaram başına açsınlar kələk; Duruşun buluddur, yerişin külək. M.Müşfiq.
□□ Külək hayana əssə, o yana əsmək möhkəm əqidəyə sahib olmamaq, tez vəziyyətə uyğunlaşmaq, fikrində sabit olmamaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......