KÜFTƏis. [fars.] 1. Bax küftəbozbaş. Küftə bişirmək. - Kişmişdən, badamdan, nanü həlvadən; Qovurmadan, .. küftə, dolmadan verdilər. Q.Zakir. [Seyid:] Müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa, dolma, küftə bişirir ki, ölü yesə dirilər.. Ə.Haqverdiyev. [Rüstəm Səkinəyə:] Arvad, küftənin iyi ətir kimi bir kilometrdən vurur. M.İbrahimov.
2. Küftəbozbaşa, xəmiraşıya, sulu xörəklərə salınmaq üçün döyülmüş ət yumruları. Küftə tutmaq. Küftə qayırmaq. Paylaşın - Hamı bilsin
|