KİRLƏTMƏ (ID - 21410)“Kirlətmək” dən f.is.
|
KİRLƏTMƏK (ID - 21411)f Kirləndirmək; kirli, çirkli etmək; çirkləndirmək.
|
KİRLİ (ID - 21412)sif Kir tutmuş, çirk basmış; çirkli. Kirli yun. Kirli əl. Kirli paltar. - Yaylığı kirli balam; Qəlbi fikirli balam; Cahıl-cuhul içində; Mənim şəkilli balam. (Bayatı). Bu sulu, palçıqlı, kirli dünyada; Səməndər quşunu salırsan...
|
KİRLİK (ID - 21413)is. Bir şeyin çirklənməməsi üçün onun üzərinə çəkilən parça. // Döşlük, önlük. Kirlik geymək.
|
KİRLİLİK (ID - 21414)is. Kirli şeyin halı; çirklilik.
|
KİR-PAS (ID - 21415)b a x kir. Kir-pası tökülmək. Kirpas içində olmaq.
|
KİRPİ (ID - 21416)is. zool. Məməlilər sinfındən dərisi tikanla örtülü heyvan. Çəpgöz ayı, yumru kirpi; Yanlarında qara böcək; Dedilər ki, qış gəlməmiş; Yuvalara enək gərək. M.Dilbazi.
□□ Kirpi kimi qınına çəkilmək - cəmiyyətdən,... |
KİRPİK (ID - 21417)is. 1. Göz qapağının kənarlarındakı tükcüklər. Uzun kirpiklər. - Anamın buz məzarından; Bilirəm ki, neçə dəfə; Torpaq alıb kirpiklərin. M.Araz. Qızarmış yanaqları, uzun kirpikləri, iri gözlərinin süzgün baxışı ona məlahət...
|
KİRPİKCİK (ID - 21418)is. 1. Qısa, kiçik kirpik.
2. adətən cəm şəklində, xüs. Bəzi heyvanların hüceyrələrində və bitkilərdə kirpiyə oxşar törəmələr. |
KİRPİKLİLƏR (ID - 21419)cəm. zool. Kirpikləri olan heyvanlar sinfi.
|
KİRPİKSİZ (ID - 21420)sif. Kirpikləri olmayan və ya çox seyrək olan. Kirpiksiz gözlər.
|
KİRS1 (ID - 21421)is. Yara sağaldıqdan sonra ətrafında qalan bərkimiş şiş. Yara sağalar, kirsi yox. (Ata. sözü).
|
KİRS2 (ID - 21422)is. Parçada, xalçada və s.-də qırış, bükük.
|
KİRSLİ (ID - 21423)sif Kirsi olan (bax kirs). Kirsli yara.
|
KİRŞAN (ID - 21424)is. Qadınların üzlərinə sürtdükləri ağ və ya ət rəngində ətirli, kosmetik toz maddə. Əziziyəm, bizə gəl; Al-yaşıl gey, bizə gəl; Üzün kirşanı neylər; Çək sürməni gözə, gəl. (Bayatı). Ənliyi-kirşanı neylər camalın;...
|
KİRŞANLAMA (ID - 21425)“Kirşanlamaq” dan f.is.
|
KİRŞANLAMAQ (ID - 21426)f Üzə, yanağa kirşan sürtmək. [Qətibənin] çöhrəsini Bağdad və Xorasanın ağ mərmər rəngli kirşanları ilə kirşanladılar. M.S.Ordubadi.
|
KİRŞANLANMA (ID - 21427)“Kirşanlanmaq” dan f.is.
|
KİRŞANLANMAQ (ID - 21428)məch. Üzə kirşan vurulmaq, kirşan sürtülmək.
|
KİRŞANLI (ID - 21429)sif Kirşan sürtülmüş, kirşan vurulmuş. Kirşanlı üz. - Kirşanlı buxağa, sürtük yanağa; Qondarma xallara vurulmuş ağa. H.K.Sanılı.
|
KİRŞƏ (ID - 21430) |
KİRŞƏBAĞLAYAN (ID - 21431)is. Kirşəqayıran usta; kirşəçi.
|
KİRŞƏÇİ (ID - 21432)is. 1. Kirşə işlədən, kirşə sürən adam.
2. Bax kirşəbağlayan. |
KİRT1 (ID - 21433)is. Dəridə əmələ gələn qırış, bükük, büzüm.
|
KİRT2 (ID - 21434)təql.: kirt dayanmaq - birdən hərəkətdən qalmaq, birdən dayanmaq. Saat işlədiyi yerdə birdən kirt dayandı. Uşaqlar kirt dayandılar. - [Ağasəfər] ..darvaza qabağında bir milis nəfərini görüb kirt dayandı. Ə.Əbülhəsən.
|
KİRTİK1 (ID - 21435)is. Sabun işləndikdən sonra qalan kiçik hissəsi. Sabun kirtiyi.
|
KİRTİK2 (ID - 21436)is. bayt. Atın axsamasına səbəb olan azar. At kirtik olmuşdur.
|
KİRVƏ (ID - 21437)is. 1. Uşaq sünnət olunarkən onu tutan adam. Uşağın kirvəsi.
2. Yaxın adama kişiyə müraciət məqamında işlədilir. Qasıməli kirvə, .. bizə gərək iki pud xalis inəkyağı, göndərəsən. C.Məmmədquluzadə. [Nəbi:] Kirvə,... |
KİRVƏCANI (ID - 21438)is. məh. Kirvə arvadına xitab, müraciət sözü.
|
KİRVƏLİK (ID - 21439)is. 1. Kirvə olma. [Xudaverdi:] Bir kirvəlik paltarı keçiribdir əyninə, [Orucun] gözü ayağının altını görmür. Ə.Vəliyev. Kirvəlik hər hansı yaxın qohumdan daha yaxındır. P.Makulu.
Dostluq, tanışlıq, yaxınlıq. |
KİRZA (ID - 21440)is. Dəri və rezini əvəz edən maddə; dəri əvəzi.
|
KİS1 (ID - 21441)is. məh. [fars.] Xalça, kilim, gəbə və s.-də qabarıqlıq, qırışıq, bükük.
|
KİS2 (ID - 21442)nida. Qoyunları sürmək üçün çobanın işlətdiyi nida sözü.
|
KİSBƏND (ID - 21443)is. [fars.] Balaca kəsərtilər üçün gön qab, qılaf, futlyar. Dəllək kisbəndi.
|
KİSEL (ID - 21444)is. [rus.] Meyvə şirəsinə nişasta və s. qarışdırılmaqla hazırlanan həlməşik yemək növü. Meyvə kiseli. Südlü kisel.
|
KİSƏ (ID - 21445)is. [fars.] 1. Un, buğda, düyü və b. səpələnən, dağılan şeyləri saxlamaq və ya bir yerdən başqa yerə aparmaq üçün qab torba. Düşərgənin qabağında gübrə dolu kağız kisələr, peyin və bir neçə neft çəlləyi vardı. M.İbrahimov....
|
KİSƏCİK (ID - 21446)is. Kiçik kisə. Xına kisəciyi. Tütün kisəciyi.
|
KİSƏÇƏKƏN (ID - 21447)is. bax kisəçi.
|
KİSƏÇİ (ID - 21448)is. Hamamda kisə çəkməklə məşğul olan adam; kisəkeş. [Bu qadın] Məşədi Abbas ağa kisəçinin övrətidir. M.S.Ordubadi.
|
KİSƏÇİLİK (ID - 21449)is. Kisəçinin işi, peşəsi, sənəti. Kisəçilik etmək.
|
KİSƏDİBİ (ID - 21450)is. İşləndikdən sonra qalan az miqdar şey. Kisədibi un. Kisədibi düyü.
|
KİSƏKEŞ (ID - 21451)[fars.] bax kisəçi.
|
KİSƏ-KİSƏ (ID - 21452)is. Bir neçə kisə, kisələr dolusu, kisələrlə. ..Top-top çit, kisə-kisə qəndçay maşından boşaldıqca adamların “sağ ol, Zəki! - səsləri ümumi bir xora dönmüşdü. R.Rza. Indi top-top, tay-tay parça, kisə-kisə şəkər, un,...
|
KİSƏLƏMƏ (ID - 21453)“Kisələmək” dən f.is.
|
KİSƏLƏMƏK (ID - 21454)f Kisə ilə çirk çıxartmaq, kisə ilə bədənini sürtmək. [Camadar] başladı mənim canımı ovmağa, sonra da kisələməyə. C.Məmmədquluzadə.
|
KİSƏLƏNMƏ (ID - 21455)“Kisələnmək” dən f.is.
|
KİSƏLƏNMƏK (ID - 21456)qayıd. Bədəninə kisə sürtmək, bədəninə kisə çəkmək. // “Kisələmək” dən məch.
|
KİSƏLƏTDİRMƏ (ID - 21457)“Kisələtdirmək” dən f.is.
|
KİSƏLƏTDİRMƏK (ID - 21458)icb. Bədəninə kisə sürtdürmək, kisə çəkdirmək.
|
KİSƏLƏTMƏ (ID - 21459)“Kisələtmək” dən fis.
|
Bu səhifə dəfə baxılıb