KÜYÇÜ (ID - 22810)sif. 1. Hay-küyçü, qara-qışqırıqçı, küy salan; bir işi, xəbəri şişirdən. Küyçü uşaq. - [Sirat:] [Veysi] mən heç belə küyçü bilməzdim! Ə.Əbülhəsən.
2. Gopçu, yalançı. [Xanlar] Ovçu tayfası elə küyçü olur, -... |
KÜYÇÜL (ID - 22811)bax küyçü.
|
KÜYÇÜLÜK (ID - 22812)is. Küy salma, qara-qışqırıq salma, bir iş, hadisə və s.-ni həddindən artıq şişirtmə xasiyyəti. Mən o kəndin küyçülüyünü çoxdan bilirəm. Mir Cəlal.
|
KÜYÇÜLLÜK (ID - 22813)bax küyçülük.
|
KÜY-KƏLƏKÇİ (ID - 22814)is. Küy-kələk salan; qalmaqalçı, hay-küyçü, tez təşvişə düşən adam. [Sirat:] Çimnaz xala, yaxşı ki Veys də bir-iki günə gedəcək, ona hələ bir şey deməyin! O bir az küy-kələkçidir. Ə.Əbülhəsən.
|
KÜY-QALMAQAL, KÜY-KƏLƏK (ID - 22815)is. Hay-küy, səs-küy, qalmaqal: qarışıqlıq, araqarışma. [Minbaşı:] Hərgah mənim imtahanıma etibarın varsa, artıq küy-qalmaqal lazım deyil. N.Vəzirov. Küy-kələk, bağırtı hədə və söyüş səsləri ətrafa yayıldı. P.Makulu....
|
KÜYLƏMƏ (ID - 22816)“Küyləmək” dən f.is.
|
KÜYLƏMƏK (ID - 22817)f Bir işi, xəbəri, hadisəni və s. həddindən artıq şişirtmək, küy salmaq. [Şeyda:] Ay Mehralı dayı, o qədər də küyləmə. Mən nə böyük iş görmüşəm ki? S.Rəhman.
|
KÜYLƏŞMƏ (ID - 22818)“Küyləşmək” dən f.is.
|
KÜYLƏŞMƏK (ID - 22819)qarş. Səs-küy salmaq, qara-qışqırıq qoparmaq, hay-küy salmaq (çoxları haqqında). [Rəşid:] Ana! Bu camaat niyə küyləşir, yoxsa bizi öldürəcəklər? Ə.Haqverdiyev.
|
KÜYLÜ (ID - 22820)küylü samit dilç. - əmələ gəlməsində küyün üstünlük təşkil etdiyi samit.
|
KÜYÜL (ID - 22821)is. məh. Dəstə, toplu (balıq, həşərat və s. haqqında). Arı küyülü.
|
KÜYÜLDƏMƏ (ID - 22822)“Küyüldəmək” dən f.is.
|
KÜYÜLDƏMƏK (ID - 22823)f Boğuq, küylü səs çıxarmaq. Meşə küyüldəyir.
|
KÜYÜLDƏŞMƏ (ID - 22824)“Küyüldəşmək” dən f.is.
|
KÜYÜLDƏŞMƏK (ID - 22825)b a x küyüldəmək. Küyüldəşir dağlar, meşələr, dərə; Dəyir birbirinə qapı, pəncərə. H.K.Sanılı.
|
KÜYÜLTÜ (ID - 22826)is. Gurultu, səs, küy. Avtomaşının küyültüsü.
|
KÜYÜLTÜLÜ (ID - 22827)sif Küyültülü, küyü olan. Ətraf o qədər sakit idi ki, uzaqlardan gələn tramvayın küyültülü səsi aydın eşidilirdi. M.Hüseyn.
|
KÜZ1 (ID - 22828)is. Quzu saxlamaq üçün ensiz, uzun alçaq tikili. Küzü təmizləmək. Küzləri qaydaya salmaq. - Əhməd küzə girib iki-üç quzu və oğlağın leşini bayıra çıxartdı.. Ə.Vəliyev.
|
KÜZ2 (ID - 22829)is. Əkin yerini hissələrə bölmək üçün cüt və ya kotanla açılan şırım. Çəkilmiş küz yarıdan keçməmiş göy üzünü .. ağ buludlar alır, hava isə bozarırdı. S.Rəhimov.
|
KÜZGƏL (ID - 22830)is. məh. Çiy kərpic qəlibi.
|
KÜZLƏMƏ (ID - 22831)“Küzləmək” dən f.is.
|
KÜZLƏMƏK (ID - 22832)f Kotanla, cütlə əkin yerində şırım açmaq. Yeri küzləmək.
|
KÜZLÜ (ID - 22833)sif Kotanla, cütlə şırım açılmış, küzü olan (b a x küz2
|
KVADRANT (ID - 22834)[lat.] riyaz. Dairənin dörddə bir hissəsi.
|
KVADRAT (ID - 22835)[lat.] 1. riyaz. Dörd tərəfi bərabər düzbucaq. // Kvadrat şəklində olan şey; çargül. Kvadrat kərpic. - Qarovulçu, kvadrat şəkilli bir taxta ilə yeraltı daxmanın qapısını bağlayır. M.İbrahimov.
riyaz. Ədədin öz-özünə... |
KVADRATURA (ID - 22836)[lat. quadratus-dan] Kvadrat vahidlərlə (metr və s. ilə) hesablanan sahənin ölçüsü. Otağın (mənzilin) kvadraturası.
□□ Dairənin kvadraturası riyaz. - müadil kvadrata çevrilmiş dairənin sahəsi. |
KVANT (ID - 22837)[lat. quantum] Fizika və kimyada hər hansı bir enerjinin ən kiçik miqdarı. Işıq enerjisinin kvantı.
|
KVARS (ID - 22838)[alm.] 1. Kristallar, yaxud başdanbaşa kristal kütlələr halında təsadüf edilən rəngsiz mineral-silisium oksidi. Kvars süxurları. Kvars kristalları.
dan. Təbabətdə tətbiq edilən kvars lampası ilə şüalandırma. □ Kvars lampası... |
KVARSLI (ID - 22839)sif Tərkibində kvars olan, kvarsla qatışığı olan. Kvarslı şüşə. Kvarslı qum.
|
KVARTA (ID - 22840)[lat.] mus. Diatonik qammada dördüncü pillə. // Həmin pillə ilə birinci pillə arasındakı interval.
|
KVARTAL (ID - 22841)[alm. əsli lat.] 1. İlin dörddə biri; üçaylıq, rüb. Kvartal planı. Ilin birinci kvartalı. Ikinci kvartalın hesabatı.
köhn. 1862-ci ilə qədər Rusiyada: şəhərin bir məhəlləsinin polis idarəsi, polis şöbəsi. □ Kvartal nəzarətçisi... |
KVARTET (ID - 22842)[ital. əsli lat.] 1. Dörd musiqi aləti və ya dörd səs üçün yazılmış musiqi əsəri.
Müvafiq musiqi əsərlərini ifa etmək üçün dörd nəfərdən ibarət musiqiçi dəstəsi. Vokal kvarteti. Simli kvartet. - Iştirak edənlərin... |
KVAS (ID - 22843)[rus.] Çörəkdən, undan və s.-dən hazırlanan turşməzə içki. Kvas istehsalı. Çörək kvası. Soyuq kvas.
|
KVASÇI (ID - 22844)is. Kvas hazırlayan, ya satan adam.
|
KVİNTA (ID - 22845)[lat. quinta] 1. mus. Diatonik qammada beşinci pillə. // Həmin pillə ilə birinci pillə arasındakı interval.
Bəzi musiqi alətlərində ən yüksək sim. |
KVİNTET (ID - 22846)[ital. əsli lat.] mus. 1. Beş musiqi aləti və ya beş səs üçün yazılmış musiqi əsəri.
Müvafiq musiqi əsərlərini ifa etmək üçün beş nəfərdən ibarət musiqiçi dəstəsi. |
KVİT (ID - 22847)[fr.] Baş-başa, heç-heçə. □ Kvit olmaq - hesablaşmaq, üzülüşmək; baş-başa, əl-ələ olmaq.
|
KVORUM (ID - 22848)is. [lat.] Yetərsay, yetərsəs.
|
KVOTA (ID - 22849)is. [lat.] Hissə, norma, pay
|
Bu səhifə dəfə baxılıb