İzahlı lüğət

KVADRAT

[lat.] 1. riyaz. Dörd tərəfi bərabər düzbucaq. // Kvadrat şəklində olan şey; çargül. Kvadrat kərpic. - Qarovulçu, kvadrat şəkilli bir taxta ilə yeraltı daxmanın qapısını bağlayır. M.İbrahimov.
riyaz. Ədədin öz-özünə hasili. Kvadrat tənlik. Kvadrata yüksəltmək.
Mətbəə işində: naborun, klişenin və s.-nin ölçüsünü müəyyən etmək üçün istifadə olunan ölçü vahidi. Kvadrat 48 punkta bərabərdir. // Naborda boş yerləri doldurmaq üçün xüsusi mətbəə materialı. □ Kvadrat mötərizə - [ ] şəklində olan mötərizə.
□□ Kvadrat-yuva üsulu k.t. - tarlaçılıqda mütərəqqi əkin üsullarından biri. [Sultan:] Bu qırx hektarı kvadrat-yuva üsulu ilə əkəcəyik. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed