KÜLƏKSİZ (ID - 22560)sif. 1. Külək olmayan, sakit. Küləksiz hava.
2. Külək tutmayan, külək olmayan. Küləksiz yer. |
KÜLƏKSİZLİK (ID - 22561)is. Küləksiz yerin və ya havanın halı, xüsusiyyəti.
|
KÜLƏKTUTAN (ID - 22562)sif. Daim külək olan, küləyə məruz qalan. Evin küləktutan tərəfi.
|
KÜLƏŞ (ID - 22563)is. 1. Taxıl döyüldükdən sonra qalan quru çöplər; iri saman. Dəni küləşdən ayırmaq. Damı küləşlə örtmək. - Məşədi Ağakişi əlində yaba küləşi eşələyib qarışdırır. Məmmədquluzadə. Məktəb binası köhnə, üstü...
|
KÜLƏŞDOĞRAYAN (ID - 22564)is. Küləşi doğrayıb saman halına salan maşın. // Sif. mənasında. Küləşdoğrayan maşın.
|
KÜLƏŞLƏMƏ (ID - 22565)“Küləşləmək” dən f.is.
|
KÜLƏŞLƏMƏK (ID - 22566)f Küləşlə örtmək; üstünə küləş salmaq, küləş döşəmək. Tövlənin damını küləşləmək.
|
KÜLƏŞLƏNMƏ (ID - 22567)“Küləşlənmək” dən f.is.
|
KÜLƏŞLƏNMƏK (ID - 22568)məch. Küləşlə örtülmək, üstünə küləş salınmaq, küləş döşənmək. Daxmanın damı küləşlənib.
|
KÜLƏŞLƏTMƏ (ID - 22569)“Küləşlətmək” dən fis.
|
KÜLƏŞLƏTMƏK (ID - 22570)f Üstünü küləşlə örtdürmək, üstünə küləş saldırmaq (döşətmək). Damı küləşlətmək.
|
KÜLƏŞLİ (ID - 22571)sif. 1. Küləşi olan. Hətəm dayı .. küləşli taxıl yerlərinə baxırdı. Mir Cəlal.
2. Küləşlə örtülmüş, küləş qoyulmuş yaxud küləşlə doldurulmuş. Küləşli çardaq. - Çaydan sonra yatışdıq. Mən də qeyri dustaqlar... |
KÜLƏŞLİK (ID - 22572)is. Küləş olan yer, küləş, tökülmüş yer; kövşənlik. Biçilmiş tarlaların küləşliyindən bildirçinlərin .. səsləri gəlirdi. Axundov.
|
KÜLFƏ (ID - 22573)is. İşıq düşmək üçün tikilinin (əsasən, dəyənin) damında baca, işıq yeri; işıqlıq.
|
KÜLFƏT (ID - 22574)is. [ər.] 1. Bax ailə 1-ci mənada. Bir külfətdə dörd nəfər uşaq var.. C.Məmmədquluzadə. [Qafar:] Pinəçilik edib yeddi baş külfətin ruzisini bir tövr ilə qazanıram. Axundov. [Molla Qurban:] Bəy yanında alnıaçıq, külfət yanında...
|
KÜLFƏTARASI (ID - 22575)sif Ailə daxilində baş verən, ailədə olan. Külfətarası söhbət.
|
KÜLFƏTLİ (ID - 22576)sif Külfəti olan, arvad-uşağı olan; ailəli. Külfətli adam.
|
KÜLFƏTLİKLƏ (ID - 22577)zərf Bütün ailə birlikdə, bütün külfət bir yerdə; ailəliklə. Külfətliklə gəzməyə getmək.
|
KÜLFƏTSİZ (ID - 22578)sif. Külfəti, ailəsi olmayan, arvad-uşağı olmayan, evli olmayan; ailəsiz.
|
KÜLFƏTSİZLİK (ID - 22579)is. Külfəti, ailəsi, arvaduşağı olmama; külfəti olmayan adamın halı.
|
KÜLXAN (ID - 22580)is. [fars.] köhn. 1. Odunla qızdırılan hamamın odluğu, ocağı. Külxanı təmizləmək. - Bir yetim Tifdi baldırı açıq, başı keçəl; Mənzili şamü-səhər köhnə hamam külxanı. S.Ə.Şirvani.
2. Bax külxançı. Mənim üçün... |
KÜLXANA (ID - 22581)[fars.] bax külxan 1-ci mənada. Ata-ana sözünə baxmayan külxanada yatar. (Ata. sözü).
|
KÜLXANAÇI (ID - 22582)bax külxançı. Yaşıllaşmaqda olan düzlükdən ara-sıra ötən qatarlar tüstülü kösöv gəzdirən külxanaçılara bənzəyirdi. Mir Cəlal.
|
KÜLXANÇI (ID - 22583)is. köhn. Külxanada işləyən adam, hamam ocaqçısı.
|
KÜL-KÜLFƏT (ID - 22584)top. Ailə, külfət, ailə üzvləri (hamı bir yerdə). Kül-külfəti bir yerə yığmaq. - Arvadlar.. sarı keçinin ağuza oxşayan sarı südündən bir kasa alıb aparar, evdə kül-külfət üskük-üskük bölüşüb tamsınatamsına içərdi....
|
KÜLQABI (ID - 22585)is. Papiros külünü və kötüyünü tökmək üçün xüsusi qab. Yusif papirosu axıra qədər sümürüb külqabıya atdı. B.Bayramov. Külqabı siqaret kötükləri ilə dolmuşdu. İ.Hüseynov.
|
KÜLL (ID - 22586)[ər.] 1. Bütün, cümlə, cəmi; bütöv, tam halda; ümum, ümumiyyətlə. Bir küll halında. - Bəli, biz burada Mozalan kəndinin xəstəliyi olan sümük azarından - yəni xəbərçiliyin hamısından yox, əsla küllisini yox, cüzisini yazmaq...
|
KÜLLƏMƏ (ID - 22587)1. “Külləmək” dən f.is.
sif. Qaynar kül içərisində bişirilmiş. Külləmə kartofi. |
KÜLLƏMƏK (ID - 22588)f 1. Kül tökmək, kül sərmək. Ləkləri külləmək. Ağacların dibini külləmək.
Lavaşı yandırmamaq üçün saca, hisdən qorumaq üçün qazana və s.-yə küllü palçıq yaxmaq, sürtmək. Qazanı külləmək. - ..Ana saç külləyib... |
Küllə (ID - 22589)sürtmək, küllə təmizləmək. Samovarı külləmək. Mis qazanları külləmək.
|
KÜLLƏNMƏ (ID - 22590)“Küllənmək” dən f.is.
|
KÜLLƏNMƏK (ID - 22591)məch. 1. Üstünə kül tökülmək, külə batmaq, küllə dolmaq. Xörək küllənmişdi.
qayıd. Külə dönmək, kül olmaq. Ocaqda kömür külləndi. - Kabab ocağının közü küllənməyə başladı. Ə.Vəliyev. Hamı dağılışdı. Ocaq... |
KÜLLƏŞMƏ (ID - 22592)“Külləşmək” dən f.is.
|
KÜLLƏŞMƏK (ID - 22593)f Yanıb külə dönmək, yanıb kül olmaq. Köz külləşdi.
|
KÜLLİ (ID - 22594)sif [ər.] Saysız-hesabsız, çoxlu, çox. Külli zərər. Külli məbləğ. Külli miqdar. Külli qoşun.
|
KÜLLİYYAT (ID - 22595)is. [ər.] Bir yazıçı və ya alimin çap edilmiş bütün əsərlərinin toplusu. M.F.Axundzadənin külliyyatı.
|
KÜLLÜ (ID - 22596)sif. 1. Külə bulaşmış, külə batmış, içində kül olan. Küllü çörək.
2. Tərkibində kül olan. Bitkiləri küllü su ilə dezinfeksiya etmək. |
KÜLLÜK (ID - 22597)is. 1. Kül tökülən yer. Toyuqlar küllükdə eşələnir. - Külü küllükdən götür. (Ata. sözü). Zibil təpə olsa, küllük dağ olmaz; Yel əsəndə alçaqlara endirər. Aşıq Abbas. Kəndin qırağındakı küllükdən keçib çayı adlamalı...
|
KÜLMƏ1 (ID - 22598)is. zool. Siyənək fəsiləsindən yeyilən balıq.
|
KÜLMƏ2 (ID - 22599)is. məh. Yaş baramanı sıxıb qurutmaq üçün çən.
|
KÜLRƏNGİ (ID - 22600)sif. Kül rəngində olan; boz.
|
KÜLTƏMİZLƏYƏN (ID - 22601)sif. xüs. Külü təmizləməyə xidmət edən. Kömür tökülən baca, kültəmizləyən bacadan bir qədər hündürdə olur.
|
KÜLÜ (ID - 22602)sif 1. k.t. Bozumtul-ağ. Külü torpaq.
2. Kül rəngində olan, kül rənginə çalan; boz, külrəngi. Külü parça. Külü corab. |
KÜLÜNG (ID - 22603)is. Daş çıxarma və torpaq qazıma işlərində istifadə edilən bir ucu sivri, o biri ucu isə enli alət. Külünglə yer qazımaq. Külüngə dəstə vurmaq. - Əhməd .. bir külüng gətirib evin küncünə atdı. Ə.Haqverdiyev. Şahnisə xanımın...
|
KÜLÜNGÇÜ (ID - 22604)is. Külünglə işləyən, külüng işlədən, torpaq qazıyan fəhlə. Külüngçülər başladılar minarənin dibini qazımağa. “Koroğlu”.
|
KÜLÜNGLƏMƏ (ID - 22605)“Külüngləmək” dən f.is.
|
KÜLÜNGLƏMƏK (ID - 22606)f Külünglə qazımaq, külünglə əzmək (torpağı, kəsəyi və s.-ni). [Qadir] ..bir az o yanda torpaq qazıyanlara yaxınlaşıb yeri külüngləməyə başladı. Ə.Əbülhəsən.
|
KÜLÜNGLƏNMƏ (ID - 22607)“Külünglənmək” dən f.is.
|
KÜLÜNGLƏNMƏK (ID - 22608)məch. Külünglə qazılmaq, külünglə əzilmək (torpaq, kəsək və s.). Bağ külünglənmişdi.
|
KÜLÜF (ID - 22609)is. Dağ, qaya dibində oyuq yer, balaca mağara. Ay Pası, kafir çoxdan bizim yuxarı qayanın külüfündə yaşayır. S.Rəhimov.
|
Bu səhifə dəfə baxılıb