KÜLLÜKis. 1. Kül tökülən yer. Toyuqlar küllükdə eşələnir. - Külü küllükdən götür. (Ata. sözü). Zibil təpə olsa, küllük dağ olmaz; Yel əsəndə alçaqlara endirər. Aşıq Abbas. Kəndin qırağındakı küllükdən keçib çayı adlamalı idik. M.İbrahimov.
2. məc. Xarabalıq, xaraba yer. Küllük eylədilər gülüstanlığı. M.Rahim. □□ Köhnə küllükləri eşələmək - unudulmuş, vaxtı ilə olmuş, yaddan çıxmış bir hadisəni, pis işi, nöqsanları xatırlamaq, yada sal maq. Kim isə Hacının keçmişini qurdaladı, köhnə küllükləri eşələdi. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|