İzahlı lüğət

KÜLLƏNMƏK

məch. 1. Üstünə kül tökülmək, külə batmaq, küllə dolmaq. Xörək küllənmişdi.
qayıd. Külə dönmək, kül olmaq. Ocaqda kömür külləndi. - Kabab ocağının közü küllənməyə başladı. Ə.Vəliyev. Hamı dağılışdı. Ocaq səngiyib külləndi. B.Bayramov.
məc. Avaralanmaq, boş-bekar gəzmək, vaxtını boş keçirmək, faydalı işlə məşğul olmamaq. [Cəfər:] Biz yazıq da meyit içində, azarlı yanında illərlə küllənirik. Çəmənzəminli. [Rüstəm kişi:] Əə, Salman, burda niyə küllənirsən? - deyib səsləndi. M.İbrahimov. Haradasa otuz il küllənən feldşer beləsindən çox-çox şöhrətli sayılır.. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed