İzahlı lüğət

KÜLFƏT

is. [ər.] 1. Bax ailə 1-ci mənada. Bir külfətdə dörd nəfər uşaq var.. C.Məmmədquluzadə. [Qafar:] Pinəçilik edib yeddi baş külfətin ruzisini bir tövr ilə qazanıram. Axundov. [Molla Qurban:] Bəy yanında alnıaçıq, külfət yanında üzügülər olasan, inşallah!.. Ə.Vəliyev. □ Külfət sahibi - ailə başçısı, ata. Indi balaca uşaq özünü kişi və külfət sahibi hiss edirdi. Ə.Haqverdiyev. Nəcibənin .. oğlu iyirmi-iyirmi beş il idi ki, kənddə evlənmiş, külfət sahibi olmuşdu. Mir Cəlal.
köhn. evf Arvad mənasında. [Qəribin anası:] Mən Təbrizli Məmmədin külfətiyəm, bu da oğlumun nişanlısıbır. “Aşıq Qərib”. [Cahan:] Bəy, dəllal Kərbəlayı Nəsirin külfətiyəm, bəlkə tanıyasan? Ü.Hacıbəyov. Namaz kişinin külfətiyəm, - deyə, qarı könülsüz cavab verdi. M.Hüseyn.
məc. Zəhmət, əziyyət, qayğı mənasında. Onu külfət basıb.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed