KƏKƏLƏMƏ (ID - 20710) |
KƏKƏLƏMƏK (ID - 20711)f 1. Danışarkən bəzi səsləri qeyri-iradi təkrar edərək çətinliklə danışmaq. Qızı elçilər danışdırırlar ki, görsünlər, qız kar deyil, eşidirmi, lal deyil və kəkələmir. R.Əfəndiyev. // məc. Nə deyəcəyini bilməyib dili...
|
KƏKƏLƏNMƏ (ID - 20712)“Kəkələnmək” dən f.is. Rüstəm kişinin yaşına layiq olmayan şəkildə xoruzlanıb kəkələnməsi Qoşatxana əvvəlcə pis təsir etsə də, getdikcə mənasız və gülünc görünməyə başlayırdı. M.İbrahimov.
|
KƏKƏLƏNMƏK (ID - 20713)f Xoruzlanmaq. Bizi heç bir vaxt aldada bilməzsiniz, - deyə .. polis xəfiyyəsi kəkələndi. M.Hüseyn. ..Çar məhkəməsinin məmurları bir vaxt Rüstəmin qara damını eşmiş, yararlı bir şey tapmadıqları üçün Rüstəmin üstünə kəkələnmişdilər....
|
KƏKƏLİK (ID - 20714)is. Kəkə adamın halı; kəkovluq. Kəkəliyindən utanmaq.
|
KƏKƏMƏ (ID - 20715)“Kəkəmək” dən fis.
|
KƏKƏMƏK (ID - 20716)b a x kəkələmək.
|
KƏKİL (ID - 20717)is. [fars.] 1. Bəzi quşların başında topa şəklində tük. Fərənin kəkili. Göyərçin kəkili. // At və bəzi başqa heyvanların qulaqları arasından sallanan tük topası. Qara atın kəkili; Tel-tel olub tökülü; Hər yetənə yar desən;...
|
KƏKİLBAŞ (ID - 20718)sif. dan. Başında kəkili olan; kəkilli. Kəkilbaş oğlan.
|
KƏKİLBAZ (ID - 20719)is. və sif [fars.] Kəkil qoymağı, kəkil saxlamağı sevən adam. Kəkilbaz oğlan. - [Əhməd:] Nədən ötrü məni axtarırsan, ay hiyləbaz, kəndirbaz, oyunbaz, kəkilbaz. N.Vəzirov.
|
KƏKİLCİK (ID - 20720)is. Balaca kəkil, kiçik kəkil.
|
KƏKİLDARAQ (ID - 20721)is. məh. Şanapipik.
|
KƏKKİLDƏK (ID - 20722)zool. bax çəkçəki. Biçənəklərdə kəkkildəklər qaqqıldaşır.
|
KƏKİLLİ (ID - 20723)sif 1. Kəkili olan. Kəkilli fərə. Kəkilli durnalar hey qatar-qatar; Qaqqıldaşıb keçir, açılmış bahar. R.Rza. ..Kəkilli boz torağaylar hərəni öz dilində qarşılayırdılar. M.Rzaquluzadə.
Başında kəkil saxlamış, kəkil qoymuş.... |
KƏKKİLTİ (ID - 20724)is. Kəkliyin çıxardığı səs. Kəkliyin kəkkiltisi eşidilirdi.
|
KƏKLİK1 (ID - 20725)is. Toyuq cinsindən əlvan tüklü çöl quşu. Çil kəklik. Ağ kəklik. - Çoban oxur, çalır, dağlar səslənir; Nə anladır o kəkliklər turaca? A.Şaiq. Hava işıqlaşanda kolluqlardan bildirçin, turac, kəklikpırıldaşıb qalxdıqca [bəylər]...
|
KƏKLİK2 (ID - 20726)bax kəkil. Bəy .. [atın] kəkliyini sığalladı. M.Hüseyn.
|
KƏKLİKOTU (ID - 20727)is. bot. Qırmızı, bənövşəyi rəngli xırda çiçəkləri olan, gövdəsi yerlə sürünən çoxillik bitki. Kəklikotunun al çiçəyinin, demi yarpızının ətrini gövşənə yayan xoş və təmiz səhər mehi sanki [Nəbiyə] qüvvət verirdi....
|
KƏKOTU (ID - 20728)b a x kəklikotu. Kəkotuların iyi hər tərəfə yayılırdı. Ə.Vəliyev. Bir kəkotu, bir də ağ boymadərən; Olsa, bircə gündə dirilərəm mən. B.Vahabzadə.
|
KƏKOV (ID - 20729)is. dan. Kəkələyən adam; kəkə. Kəkov adam. Kəkov uşaq.
|
KƏKOVLAMA (ID - 20730)“Kəkovlamaq” dan f.is.
|
KƏKOVLAMAQ (ID - 20731)dan. bax kəkələmək. Uşaq kəkovlayır.
|
KƏKOVLUQ (ID - 20732)dan. bax kəkəlik.
|
KƏKRƏ, KƏKRƏOTU (ID - 20733)is. bot. Əsasən dəvələrin yediyi yabanı acı ot bitkisi.
|
KƏL (ID - 20734)is. 1. İş heyvanı kimi istifadə edilən camışın erkəyi. Kəl arabası. - Var bu kənddə yenə elə yoxsullar; Nə cütü var, nə kotanı, nə kəli. A.Səhhət. [Cavan oğlan] nazik gərməşov saplı şallağını tərpədib kəlləri hayladı....
|
KƏLAGAYI (ID - 20735)is. Müxtəlif rəngli, haşiyəli, nazik qadın ipək baş örtüyü. Ağ kəlağayı. Kəlağayı örtmək. - Kəlağayı əlvan, qəsəbə qıyğac; Altından cunası, hayıf ki, yoxdur. M.P.Vaqif. Qız Ağamehdini görən kimi başını örtdü, kəlağayısını...
|
KƏLAGAYIÇILIQ (ID - 20736)is. Kəlağayı toxuma sənəti.
|
KƏLAGAYILI (ID - 20737)sif Başına kəlağayı örtmüş, başında kəlağayı olan. Kəlağayılı qız. Kəlağayılı qadın. - Elin kəlağayılı gözəl gəlini. S.Vurğun.
|
KƏLAĞAYITOXUYAN, KƏLAĞAYIÇI (ID - 20738)is. Kəlağayı toxumaqla məşğul olan adam, usta.
|
KƏLAM (ID - 20739)is. [ər.] Söz. Söz kəlam bişirər ağız kürrədə; Dəyər öz başına - dəyənək olsa... M.Araz. // Hikmətamiz, nəsihətamiz söz (ifadə). Füzulinin kəlamı. Ataların kəlamı.
Müəllimin kəlamı; Al, saxla ehtiramı. M.Ə.Sabir.... |
KƏLBƏTİN (ID - 20740)is. [ər. kəlbəteyn - ikidişli it] Mıx və s. dartıb çıxarmaq, bir şeyi tutmaq, məftil kəsmək və s. üçün ikiağızlı maşaşəkilli metal alət. Dülgər kəlbətini. Montyor kəlbətini. - [Usta Həsən:] Ay Hacı, dəllək nədir? Çağıracaqsan,...
|
KƏLÇƏ (ID - 20741)is. Camış balası. Kəlçəni əmizdirmək. - Telli inək və camışı sağıb qurtardı. Kəlçə və dananı çəkib bağladı. Ə.Vəliyev.
|
KƏLƏ (ID - 20742)is. 1. Cins artırmaq üçün saxlanılan axtalanmamış, burulmamış, cinslik kəl.
2. məc. vulq. Oynaş, aşna (kişi haqqında). Gülöyşə bu qadına tərəf pis-pis baxıb: Mələk olmasa, heç belə kələk olarmı? - dedi, dalına bir... |
KƏLƏBƏK (ID - 20743)bax kəpənək. [Həsən Səbbah:] Bax, doğdu günəş, güldü çiçəklər; Seyr et, nə gözəl şən kələbəklər! H.Cavid. Əlvan rəngə çalan dağların üstündə üzən yelkənlər ağ qanadlı kələbəklər kimi titrəyə-titrəyə gedirdi....
|
KƏLƏÇƏ (ID - 20744)is. məh. Balaca kələ.
|
KƏLƏF (ID - 20745)is. 1. Yumru şəkildə sarınmış sap, iplik, məftil və s.; yumaq. Yumşaq sap kələfi. İp kələfi. Kələf sarımaq. - [Üçüncü qız:] Qarı nənə, yunu əyirdim. Kələfi yumaqlayıb qurtardım. M.Dilbazi.
2. məc. Dolaşıq şey haqqında.... |
KƏLƏFÇƏ (ID - 20746)is. 1. İp, sap dolamaq və ya dolanmış ipi sarğıdan açmaq üçün alət; sarğac, fırlanqıc. İtirmişəm kələfçənin başını; Tapanmıram üzüyümün qaşını.. Şəhriyar.
Kələf. □□ Kələfçəsi qarışmaq - işi çətinləşmək,... |
KƏLƏFLƏMƏ (ID - 20747)“Kələfləmək” dən fis.
|
KƏLƏFLƏMƏK (ID - 20748)f İri və ya sapı dükçədən açıb pırtlaşmamaq üçün kələfçəyə və ya dizə dolamaq, kələf şəklinə salmaq; yumaqlamaq.
|
KƏLƏFLƏNMƏ (ID - 20749)“Kələflənmək” dən f.is.
|
KƏLƏFLƏNMƏK (ID - 20750)məch. Kələfçəyə və ya dizə dolanaraq kələf şəklinə salınmaq; yumaqlanmaq.
|
KƏLƏK (ID - 20751)is. Hiylə, fırıldaq, badalaq, biclik, fənd, aldatma. Kələk ilə gələn külək ilə gedər. (Ata. sözü). [Süleyman:] Öyrən bu kələyi, arvadı tap, tez toy elə! Ü.Hacıbəyov. [Mustafa bəy:] Mirzə Kərim, bunlar hamısı sənin kələyindir....
|
KƏLƏKBAZ (ID - 20752)sif. 1. Hiyləgər, bic, fəndgir, fırıldaqçı. Qış dolanar, yaz olar; Göldə ördək, qaz olar; Hər nə desən qıza de; Gəlin kələkbaz olar. (Bayatı). [Qarı Haşimiyə:] İndi ki [Məcnun] kələkbaz kor kimi bizim obaya gəlir, sən də...
|
KƏLƏKBAZLIQ (ID - 20753)is. Biclik. Hiyləgərlik, fəndgirlik. Uzündən kələkbazlıq tökülür. Ən nəhayət, çıxılmaz vəziyyət Sərvəri kələkbazlığa məcbur edir. Ə. Sultanlı.
|
KƏLƏKÇİ (ID - 20754)is. Kələkbaz.
|
KƏLƏKÇİLİK (ID - 20755)is. Kələkbazlıq.
|
KƏLƏKƏ (ID - 20756)is. məh. Yeni doğmuş heyvanın ağuz südünün bişmişi.
|
KƏLƏKLƏMƏ (ID - 20757)"Kələkləmək” dən f.is.
|
KƏLƏKLƏMƏK (ID - 20758)f dan. Kələk gəlmək, aldatmaq. [Məşədi İbad:] Görüm hamamçını bir növ kələkləyə bilərəmmi? Ü.Hacıbəyov.
|
KƏLƏ-KÖTÜR (ID - 20759)sif. 1. Üstü hamar olmayan, nahamar; girintili-çıxıntılı (səth haqqında). Kələ-kötür divar. Kələ-kötür daş. İri kələ-kötür ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasında yuxarı qalxdıqca təbiət və hava bütün...
|
Bu səhifə dəfə baxılıb