İzahlı lüğət

KƏKİL

is. [fars.] 1. Bəzi quşların başında topa şəklində tük. Fərənin kəkili. Göyərçin kəkili. // At və bəzi başqa heyvanların qulaqları arasından sallanan tük topası. Qara atın kəkili; Tel-tel olub tökülü; Hər yetənə yar desən; Yar bacadan tökülü. (Bayatı). [İlyas Adiləyə:] Axırda ərk ilə [atın] kəkilindən tutub dartdım. Ə.Məmmədxanlı.
2. Kişilərdə: alına tökülən saç. Kəkilini üzünə tökmək. Papağın altından kəkili görünür. - Kəkilə bax, kəkilə; Kəkil üzə tökülə; Qiyamət o gün qopar; Yar gözümdən çəkilə. (Bayatı). // Qırxılmış başın ortasında saxlanan tük topası. Uşağın başında kəkil saxlamaq. - [Cümrü Ağamalının] başının ortasında kəkili olardı. H.Sarabski.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed