KƏKLİKOTUis. bot. Qırmızı, bənövşəyi rəngli xırda çiçəkləri olan, gövdəsi yerlə sürünən çoxillik bitki. Kəklikotunun al çiçəyinin, demi yarpızının ətrini gövşənə yayan xoş və təmiz səhər mehi sanki [Nəbiyə] qüvvət verirdi. Ə.Abasov. [Sərvinaz qarı:] Qaşıqla kəklikotu çayını da üstündən iç, bəlkə də tərləyəsən, ağrı-acın canından çıxa. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|