KƏLƏKBAZsif. 1. Hiyləgər, bic, fəndgir, fırıldaqçı. Qış dolanar, yaz olar; Göldə ördək, qaz olar; Hər nə desən qıza de; Gəlin kələkbaz olar. (Bayatı). [Qarı Haşimiyə:] İndi ki [Məcnun] kələkbaz kor kimi bizim obaya gəlir, sən də hiyləyə hiylə ilə müqabilə et, oğlum! Ə.Məmmədxanlı. // Zarafatla işlədilir. Ay kələkbaz! - [Əsgər:] Halal olsun Süleyman; Sən nə kələkbazsan, şeytan! Ü.Hacıbəyov.
2. Zarafatçı, masqaraçı, məzəli adam haqqında. Paylaşın - Hamı bilsin
|