İzahlı lüğət

KASIB (ID - 20410)

sif. [ər.] 1. Heç bir var-dövləti olmayan, ehtiyac içində yaşayan adam, yoxsul (varlı, dövlətli əksi). Kasıb adam. - Kasıbdı, bayquşdu, yoxdu bir zadı; Heyif zəhmətinə, haqqı-sayına. Aşıq Ələsgər. Müsəlmanlar kasıbdırlar,...

KASIBÇILIQ (ID - 20411)

dan. bax kasıblıq. [Kərbəlayı Abdulla] ..bir balaca dükanın qabağında piti düzüb kasıbçılıq edir. C.Məmmədquluzadə. Kasıbçılıq [Tükəzban] üçün çətin bir iş deyil idi. B.Talıblı.

KASIBFƏNDİ (ID - 20412)

sif. Kasıba yarayan, kasıba əl verən, kasıb üçün münasib olan. [Hüseynəli xan:] Mənim qızım .. oxumuş qızdır, sənə yaramaz. Sən bir çölçü babasan, sənə bir kasıbfəndi qız gərək. N.Vəzirov.

KASIBKAR (ID - 20413)

bax kəsbkar. [Fatmanm əri:] Mən kişini tanıyıram, öz işində kasıbkar bir adamdır. Amma oğlu bir az dələduzdur. Çəmənzəminli.

KASIBKARLIQ (ID - 20414)

bax kəsbkarlıq. [Kazım:] Bu saat başını salamat saxlamaq istəyirsənsə, başını aşağı sal, kasıbkarlığına qurşan, bu Tiflləri saxla. Çəmənzəminli.

KASIB-KUSUB (ID - 20415)

top. dan. Kasıb, yoxsul adamlar, füqəra. Tiflisin bütün lampaları yandı, kasıb-kusub evinə çəkildi. “Aşıq Qərib”. [Bədəl:] Amma kasıb-kusubla gərək heç kəsin işi olmasın. Ə.Haqverdiyev. [Sara bibi:] Onsuz da kasıb-kusub arvadı...

KASIBLAMA (ID - 20416)

“Kasıblamaq” dan f.is.

KASIBLAMAQ (ID - 20417)

f. Kasıblığa düşmək; dövləti, varı əlindən çıxmaq; yoxsullaşmaq.

KASIBLAŞDIRILMA (ID - 20418)

“Kasıblaşdırılmaq” dan f.is.

KASIBLAŞDIRILMAQ (ID - 20419)

məch. Kasıb hala salınmaq; yoxsullaşdırılmaq.

KASIBLAŞDIRMA (ID - 20420)

“Kasıblaşdırmaq” dan f.is.

KASIBLAŞDIRMAQ (ID - 20421)

f. Kasıblaşmasına səbəb olmaq; yoxsullaşdırmaq.

KASIBLAŞMA (ID - 20422)

“Kasıblaşmaq” dan f.is.

KASIBLAŞMAQ (ID - 20423)

f Var-yoxu əlindən çıxıb, kasıb hala düşmək, ehtiyaca düşmək; yoxsullaşmaq.

KASIBLIQ (ID - 20424)

is. 1. Kasıbın hal və vəziyyəti; yoxsulluq. Kasıblıq eyib deyil, oğurluq eyibdir. (Ata. sözü). Kasıblığın evi yıxılsın! İndiyə kimi [Məhəmmədhəsən əminin] qolunu, qıçını bağlayıb, qoymur bir yana tərpənsin. C.Məmmədquluzadə....

KASIBVARİ, KASIBYANA (ID - 20425)

zərfi Kasıba layiq, kasıba müvafiq, kasıbın gücü, imkanı çatdığı qaydada; kasıbca. Kasıbyana (s.) süfrə. Kasıbyana yaşayır.

KASKA (ID - 20426)

[fr. casque, əsli isp.] Əsasən metaldan olan baş geyimi; dəbilqə, taskülah. Zabitin kaskası on addım kənara dığırlandı. Mir Cəlal.

KASKADYOR (ID - 20427)

is. [fr.] Kino çəkilişlərində artistin mürəkkəb hərəkətlərini yerinə yetirən əvəzedici.

KASNİ (ID - 20428)

is. [fars.] bot. Xalq təbabətində işlədilən incə yarpaqlı, mavi çiçəkli bitki. Kasni arağı - bu bitkinin çiçəklərindən çəkilmiş, xalq təbabətində işlənən cövhər.

KASSA (ID - 20429)

[ital.] 1. Pul, qiymətli kağızlar və s. saxlamaq üçün yeşik, şkaf, sandıq. Dəmir kassa. Kassanı açmaq. Kassanı bağlamaq.
İdarələrdə, müəssisələrdə pul qəbul etmək, saxlamaq, vermək, bilet satmaq və s. üçün xüsusi şöbə....

KASSİR (ID - 20430)

[ital.] Pul, qiymətli kağızlar qəbul edən və verən, habelə bilet satan işçi, kassa müdiri. Kassirə pulu verib, iki bilet aldım. Kassir vəzifəsində çalışmaq. - Hacının halı fövrən dəyişdi. Kassiri qeyzli çağırıb buyurdu ki,...

KASSİRLİK (ID - 20431)

is. Kassirin işi, vəzifəsi. Kassirlik etmək (kassir vəzifəsində çalışmaq).

KASTA (ID - 20432)

KASTAÇILIQ (ID - 20433)

is. Kasta qapalılığı, silki və ya peşəkarlıq cəhətdən qapalılıq.

KASTANYET (ID - 20434)

[isp.] Barmaqlara taxılaraq rəqs zamanı musiqi vəzninə uyğun surətdə şıqqıldadılan şaxşax.

KASTET (ID - 20435)

[fr. casse-tete - başını əz] b a x beşbarmaq 1 -ci mənada.

KAŞ (ID - 20436)

əd. [fars.] Bəzən “ki” bağlayıcısı ilə birlikdə işlənib, fövqəladə arzu, həsrət, yaxud təəssüf və peşmançılıq bildirir. Kaş tez gələydi. Kaş elə deməyəydim. Kaş ki, gəlməyəydim. - Parə-parə könlümün suzidərunə...

KAŞALOT (ID - 20437)

[fr. cachalot, əsli port.] zool. Kitlər qrupundan məməli iri dəniz heyvanı.

KAŞANƏ (ID - 20438)

KAŞI (ID - 20439)

is. [İranda Kaşan şəhərinin adından]
Üzərinə parlaq şirdən naxış çəkilmiş gil çini qab. Burda bir naşı ağlar; Əlində kaşı ağlar; O evdən cavan gedə; Divarı, daşı ağlar. (Bayatı). Dedim bu dünyada bir toy qurulsun;...

KAŞILI (ID - 20440)

sif Kaşı ilə örtülmüş, üzərinə kaşı vurulmuş. Kaşılı soba. - Xurma ağacları kökündən qopub yıxılır, mərmər saraylar yerlə yeksan olur, mavi kaşılı minarələr uçulur, ağ şəlalə qaralıb qıvrılır, üfüqü zülmət...

KAŞNE (ID - 20441)

[fr. cache-ner] Palto altından boyuna sarılan uzunsov parça.

KATAKOMBA (ID - 20442)

is. [ital.] Süni və ya təbii mənşəli yeraltı labirintlər.

KATALİTİK (ID - 20443)

sif [yun.] kim. Katalizlə bağlı olan, kataliz təsirinə aid olan. Katalitik proses.

KATALİZ (ID - 20444)

[yun. katalysis] kim. Katalizatorların təsiri ilə kimyəvi reaksiyanın törəməsi və ya sürətinin dəyişməsi.

KATALİZATOR (ID - 20445)

[yun.] Kimyəvi reaksiyaları özü dəyişmədən sürətləndirən və ya yavaşıdan maddə.

KATALOQ (ID - 20446)

[yun.] Müəyyən qayda üzrə tərtib edilmiş şeylərin (kitabların, əlyazmalarının, muzey eksponatlannm və s.) siyahısı. Kitabxana kataloqu. Sərgi kataloqu. Texniki ədəbiyyat kataloqu. Kataloq otağı. Kataloqa salmaq. - [Nuriyyə:] Balaca...

KATALOQÇU (ID - 20447)

is. Kataloq tərtibçisi.

KATAR (ID - 20448)

[yun.] tib. Hər hansı bir bədən üzvünün (məs.: boğazın, burnun, ciyərin, mədənin və s.) selikli qişasının iltihabı. ..Mədəsi katar olan şəxslər düşərgədə sağalır.. S.Vəliyev.

KATARAKT (ID - 20449)

[yun. katarraktes - şəlalə] tib. Göz büllurcuğunun görmə qabiliyyətinin zəifləşməsinə və korluğa səbəb olan donuqlaşması (xalq arasında buna "mirvari suyu” deyilir).

KATARAKTLI (ID - 20450)

sif. tib. Kataraktası olan. Kataraktlı göz.

KATBİN (ID - 20451)

is. köhn. Kənarları xəzli qadın paltarı. [Məşədi Xonku] köhnə katbini sandıqdan çıxardıb, xəzlərini güvədən təmizləmişdi. Çəmənzəminli.

KATEQORİYA (ID - 20452)

[yun.] 1. fəls. Maddi aləmin, varlığın ən ümumi və mühüm xassə və münasibətlərini əks etdirən məfhum. Səbəbiyyət kateqoriyası. Zəruriyyət kateqoriyası. Materiya fəlsəfi kateqoriyadır. Elmi terminologiyada: hadisələrin, əşyanın...

KATEQORİYALI (ID - 20453)

sif Bu və ya digər kateqoriyaya aid olan; kateqoriyası (dərəcəsi) olan. Müxtəlif kateqoriyalı quyular. Kateqoriyalı idmançı.

KATER (ID - 20454)

[ing. katter] Yaxın məsafələrdə işləmək üçün motorlu və ya yelkənli kiçik gəmi. Zirehli kater. Yedək kateri. Motorlu kater. Torpeda kateri (torpedalarla silahlanmış kater). - Katerə oturub Neft daşlarından uzaqlaşdıq. M.İbrahimov....

KATERÇİ (ID - 20455)

is. Katerdə xidmət edən matros.

KATET (ID - 20456)

[yun. kathetos] riyaz. Düzbucaqlı üçbucaqda düz bucağı əmələ gətirən tərəflərdən biri.

KATETER (ID - 20457)

[yun.] tib. Dərman yeritmək, yumaq və ya boşaltmaq üçün bədən boşluqlarına və ya kanallarına yeridilən boru; zond. Kateter salmaq. Kateter qoymaq.

KATİB (ID - 20458)

is. [ər.] 1. İdarənin, müəssisənin, təşkilatın və ya bir şəxsin yazı-pozu işlərini aparan adam. Dəftərxana katibi. Məhkəmə katibi. Idarə katibi. Yerli komitə katibi. Katib fərmanı oxuyandan sonra qiymətli bir xələt gətirib...

KATİBƏ (ID - 20459)

is. [ər.] Qadın (qız) katib. Qüdrətin qarabuğdayı katibəsi sürətlə şığıyıb içəri girdi. M.Hüseyn. Narınc çox kobud bir şəkildə katibəyə cavab verdi.. S.Rəhman.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed