KAŞəd. [fars.] Bəzən “ki” bağlayıcısı ilə birlikdə işlənib, fövqəladə arzu, həsrət, yaxud təəssüf və peşmançılıq bildirir. Kaş tez gələydi. Kaş elə deməyəydim. Kaş ki, gəlməyəydim. - Parə-parə könlümün suzidərunə tabı yox; Göz yolunda qətrə-qətrə qan olub çıxsaydı kaş! Füzuli. [Mirzə Fətəli:] Kaş hamı belə olaydı. Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|