KASIB-KUSUBtop. dan. Kasıb, yoxsul adamlar, füqəra. Tiflisin bütün lampaları yandı, kasıb-kusub evinə çəkildi. “Aşıq Qərib”. [Bədəl:] Amma kasıb-kusubla gərək heç kəsin işi olmasın. Ə.Haqverdiyev. [Sara bibi:] Onsuz da kasıb-kusub arvadı kənd yerində çadra örtmür. Qantəmir.
Paylaşın - Hamı bilsin
|