KURALIQ (ID - 22460)is. Çoxlu kura bitmiş yer.
|
KURATOR (ID - 22461)is. [lat.] Müəyyən işin gedişinə, icrasına nəzarət etməli olan şəxs, təşkilat.
|
KURORT (ID - 22462)[alm.] Təbii şəraiti (havası, mədən suları, palçığı və s.) müalicə və istirahət üçün əlverişli olan yer. Istisu kurortu. Qışı böyük şəhərlərdə; Yayı - dağda kurortlarda dincəlirik; Ancaq yenə biz bilirik; Nəsə çatmır......
|
KURORTÇU (ID - 22463)is. Kurortda müalicə olunan, kurortda istirahət edən adam. Plyaj kurortçularla dolu idi.
|
KURORTOLOGİYA (ID - 22464)[alm.] Təbii müalicə yerlərindən və müalicə məqsədilə onlardan istifadə olunması üsullarmdan bəhs edən elm.
|
KURORTOLOJİ (ID - 22465)sif Kurortologiyaya aid olan. Kurortoloji tədqiqat.
|
KURORTOLOQ (ID - 22466)[alm. Kurort və yun. logos-dan] Kurortologiya mütəxəssisi, alimi.
|
KURORTŞÜNAS (ID - 22467)[alm. Kurort və fars. ...şünas] bax kurortoloq.
|
KURORTŞÜNASLIQ (ID - 22468)bax kurortologiya.
|
KURS (ID - 22469)[lat. cursus-dan] 1. Ali məktəbdə hər hansı bir fənnin, həmçinin onun ayrıca hissəsinin sistematik şərhi, habelə həmin fənnə aid dərslik. Siyasi tarix kursu. Mexanika kursu. - Biz botanika kursundan bilirik ki, armudun çiçəklərində...
|
KURSANT (ID - 22470)[rus. əsli lat.] Kurs tələbəsi. Elə oradaca bir neçə kursant dururdu. Ə.Əbülhəsən. // Hərbi məktəb müdavimi.
|
KURSİV (ID - 22471)[lat.] Əlyazısına oxşar mailli mətbəə şrifti.
□□ Kursiv mənimdir (bizimdir) - sitatda kursivlə çap olunmuş sözlərin orijinalda deyil, (nəzərə çarpdırmaq üçün) sitatı gətirənin özü tərəfindən ayrıldığını göstərən... |
KURSUVKA (ID - 22472)[rus. əsli lat.] Kurortda sanatoriyada qalmamaq şərtilə müalicə və yeməkdən istifadə etməyə icazə verən sənəd.
|
KURYER (ID - 22473)[fr.] 1. İdarə kağızlarını aparıb paylayan işçi; ayaqçı. Gərək yazıq kuryerə vədə verdiyin yaylaq məzuniyyətini bir qədər xərcliklə bu gün verəydin, verməmisən. C.Məmmədquluzadə. Hər namuslu vətəndaşın bizim evdə əzizdir;...
|
KUS (ID - 22474)is. [fars.] klas. Böyük nağara, iri təbil. Fəryadıma həmdəm et xorusu; Avazıma qoş sədayi-kusu. Füzuli. Kus, nağara çalınır qan almağa; O, Şeyx oğlu Şah Abbasın günüdür. “Koroğlu”.
|
KUSTAR (ID - 22475)[rus.] 1. Əl üsulu ilə mal istehsal edən sənətkar, peşəkar. Zeynal ilə Əziz bir-iki nəfər dərzini, başmaqçını və dəzgah qurub özü üçün işləyən bir neçə nəfər kustarı da çağırmaq istəmişdilərsə də Veys: Olmaz! -...
|
KUSTARCASINA (ID - 22476)zərf İbtidai, primitiv, sistemsiz üsullarla; qeyri-mütəşəkkil. Kustarcasına işləmək.
|
KUSTARLIQ, KUSTARÇILIQ (ID - 22477)is. 1. Kustar əməyi ilə məşğul olma, kustarın işi, peşəsi, sənəti.
2. məc. Qeyri-mütəşəkkil, dağınıq, primitiv üsullarla aparılan iş. |
KUT (ID - 22478)is. dan. 1. Topa, qalaq. Bir kut alma. Bir kut odun.
Qalın, sıx, gur, seyrək olmayan. Indi Rüstəmin qara kut saçları çoxdan seyrəkləşmiş və çallaşmışdı. M.İbrahimov. Dəstə, toplu. Bir kut adam. |
KUT-KUT (ID - 22479)zərf və sif Yığın halında, topa
halında; qalaq-qalaq, yığın-yığın. Adamlar kut-kut olublar. Küləşi kut-kut yığmaq. |
KUTLAMA (ID - 22480)“Kutlamaq” dan f.is.
|
KUTLAMAQ (ID - 22481)f Bir yerə toplamaq, yığmaq, kut etmək. Otu kutlamaq. Torpağı kutlamaq.
|
KUTLAŞDIRMA (ID - 22482)“Kutlaşdırmaq” dan f.is.
|
KUTLAŞDIRMAQ (ID - 22483)bax kutlamaq. Zibili kutlaşdırmaq.
|
KUTLAŞMAQ (ID - 22484)f Bir yerə yığılmaq, toplaşmaq. Uşaqlar bir az da kutlaşıb nə olacağını gözlədilər. M.İbrahimov. ..Onlar birbirini basa-basa dar bir dairədə kutlaşır, sanki şübhə ilə oğlanın çomağına baxırdılar. İ.Hüseynov.
|
KUZA (ID - 22485)[rus.] dan. bax ban1
|
KUZƏ (ID - 22486)is. [fars.] Darboğazlı, aşağısı enli, qulplu saxsı su qabı; balaca səhəng, bardaq. Inci cəld kənarda olan şərab kuzəsini götürüb
Ulucaya yaxınlaşır. A.Şaiq. Şofer vedrəni, Qulam müəllim də kuzəni götürüb üzüaşağı... |
KUZƏÇİ (ID - 22487)is. köhn. Gildən kuzə qayıran usta, dulusçu. [Əbdək:] Mən kuzəçiyəm, memarlıq da edirəm. M.Hüseyn. // Kuzə qayrılıb satılan yer. Kuzəçi dükanı.
|
KUZƏÇİLİK (ID - 22488)is. Kuzəçinin işi, peşəsi; dulusçuluq.
|
KÜ (ID - 22489)bax küy. [Səfər bəy:] Gedəkaşağıda kü salaq. M.F.Axundzadə.
|
KÜBAR (ID - 22490)[ər.] sif. və is. 1. Əsilzadə, aristokrat. Mən zəngin və kübar ailələrdən çıxan qızların birisini də ağıllı görmədim. M.S.Ordubadi. Burada Tehranın bütün kübar ailələrindən cavan kişi və qadınlara, oğlan və qızlara rast...
|
KÜBARANƏ (ID - 22491)[ər. kübar və fars. ...anə] bax kübarcasına.
|
KÜBARCA (ID - 22492)b a x kübarcasına. Sabbah və Xəyyam kübarca geyinmiş və üzləri taraş edilmiş gələrlər. H.Cavid.
|
KÜBARCASINA (ID - 22493)zərf Kübar adamlara xas olan bir tərzdə, kübar kimi; aristokratcasına. Kübarcasına yaşamaq.
|
KÜBARLIQ (ID - 22494)is. Əsilzadəlik, aristokratlıq. Kübar ailədə yer tutmaq üçün gözəllik rol oynamır, başlıca rolu zənginlik və kübarlıq oynayır. M.S.Ordubadi.
|
KÜÇƏ (ID - 22495)is. 1. Nəqliyyatın və adamların hərəkəti üçün yaşayış məntəqələrində iki sıra tikililər arasındakı açıq sahə, boş yer, yol. Küçənin qarını təmizləmək. Küçəni süpürmək. Istiqlaliyyət küçəsində yaşamaq. - Kətxudalar...
|
KÜÇƏ-BAZAR (ID - 22496)top. Küçələr və bazarlar birlikdə; küçələr, bazarlar. Bu məsələ yalnız qəzetlərdə deyil, küçə-bazarda, meydan və yığıncaqlarda da insanları məşğul edirdi. M.İbrahimov. Küçə-bazardan adamın ayağı çəkilirdisə də, çay...
|
KÜÇƏBƏKÜÇƏ (ID - 22497)zərf Bir küçədən o biri küçəyə, bütün və ya çox küçələri; küçə-küçə. Küçəbəküçə gəzmək. - “Nicat “ı küçəbəküçə
soraq edir, nə əcəb? Bu millət, ay baba, lap ittifaq edir, nə əcəb? C.Cabbarlı. |
KÜÇƏSÜPÜRƏN (ID - 22498)sif və is. İşi küçələri süpürməkdən ibarət olan; süpürgəçi. Küçəsüpürən qadın. Küçəsüpürənləri çağırmaq. Hamballar, küçəsüpürənlər belə öz səslərini fəhlələrin ümumi səsinə qarışdırdılar. M.S.Ordubadi....
|
KÜÇƏTƏMİZLƏYƏN (ID - 22499)is. Küçənin qarını, zibilini və s.-ni təmizləyən avtomaşın. // Sif. mənasında. Küçətəmizləyən maşın.
|
KÜÇƏYUYAN (ID - 22500)is. Küçələri yumaq üçün xüsusi avtomaşın. // Sif. mənasında. Küçəyuyan maşın.
|
KÜÇÜK (ID - 22501)is. 1. İt balası. Küçüyü qovmaq. Küçüyü yedirtmək.
Uşaq, bala mənasında (yüngül söyüş kimi işlənir). Küçüyün biri. - [Rəhim xan:] Amma məni heç bir şey yandırmırdı, o balaca küçük Nadirin öyünməsi. C.Cabbarlı.... |
KÜÇÜKLƏMƏ (ID - 22502)“Küçükləmək” dən f.is.
|
KÜÇÜKLƏMƏK (ID - 22503)f 1. Balalamaq, doğmaq (it cinsindən olan heyvanlar haqqında). Köpək küçüklədi. Qurd küçüklədi.
vulq. Doğmaq (təhqir məqamında). Qızı küçükləyəndə, adam bilib subaylığım ilə 40 manat xərcə düşdüm. Mir Cəlal. Ağacın... |
KÜÇÜKLƏNMƏ (ID - 22504)“Küçüklənmək” dən f.is.
|
KÜÇÜKLƏNMƏK (ID - 22505)f Yaltaqlanmaq.
|
KÜDURƏT (ID - 22506)[ər.] 1. Kin, ədavət, nifrət. [Yusif:] Mənim ürəyimdə bir kin, küdurət yoxdur. N.Nərimanov. Ürəyimdə [Xədicəyə] qarşı bəslədiyim küdurəti unutdum. S.Hüseyn.
2. Qəm, dərd, bəla. Üz qoyub üstünə küdurətü qəm; Yaş... |
KÜDURƏTLİ (ID - 22507)sif 1. Ürəyi qəmli, dərdli, kədərli.
2. Küdurət saxlayan, kin bəsləyən, ədavəti olan. Küdurətli adam. |
KÜDURƏTLİLİK (ID - 22508)is. Küdurətli adamın hal və keyfiyyəti.
|
KÜDÜL (ID - 22509)sif məh. Quyruğu olmayan, quyruqsuz.
|
Bu səhifə dəfə baxılıb