KURYER[fr.] 1. İdarə kağızlarını aparıb paylayan işçi; ayaqçı. Gərək yazıq kuryerə vədə verdiyin yaylaq məzuniyyətini bir qədər xərcliklə bu gün verəydin, verməmisən. C.Məmmədquluzadə. Hər namuslu vətəndaşın bizim evdə əzizdir; Alim, kuryer, daşyonan, toxucu qadın, əsgər. R.Rza.
Təcili, yaxud məxfi diplomatik poçtu özü ilə aparan vəzifəli şəxs. Diplomatik kuryer. Paylaşın - Hamı bilsin
|