KÜDURƏT[ər.] 1. Kin, ədavət, nifrət. [Yusif:] Mənim ürəyimdə bir kin, küdurət yoxdur. N.Nərimanov. Ürəyimdə [Xədicəyə] qarşı bəslədiyim küdurəti unutdum. S.Hüseyn.
2. Qəm, dərd, bəla. Üz qoyub üstünə küdurətü qəm; Yaş tökülür gözlərindən dəmadəm. Q.Zakir. Açdın gözünü rəncü məşəqqət görəcəksən; Millətdə qəm, ümmətdə küdurət görəcəksən. M.Ə.Sabir. Paylaşın - Hamı bilsin
|