KATİBLİK (ID - 20460)is. 1. Katib vəzifəsini aparma. Ilk təşkilat işlərini aparmaq üçün Abdulla 0aiq, Salman Mümtaz və məndən ibarət olan üçlük təşkil edilmişdi. Katiblik mənim öhdəmə buraxılmışdı. A.Səhhət. Hər hansı bir təşkilatın, idarənin...
|
KATOD (ID - 20461)[yun. kathodos] fiz. Mənfi yüklü elektrod (anod əksi). □ Katod lampası elektromaqnit titrəyişləri əmələ gətirmək, yaxud onları gücləndirmək üçün cihaz.
|
KATODLU (ID - 20462)sif. Katodu olan. Katodlu lampa.
|
KATOLİK (ID - 20463)[lat. əsli yun. ] Katoliklərə, katolisizmə aid olan, mənsub olan. Katolik keşişi. Katolik məzhəbi. - ..Katolik kilsəsində hətta ibadəti də musiqi səsi ilə əmələ gətirirlər. C.Məmmədquluzadə.
|
KATOLİKLİK (ID - 20464)is. Katolik məzhəbinə mənsub olma, katolisizmə mənsubiyyət; katolisizm.
|
KATOLİKOS (ID - 20465)[yun.] Kilsə başçısının (patriarxının) titulu.
|
KATOLİSİZM (ID - 20466)[yun.] Başında Roma papası duran qərbi xristian məzhəbi.
|
KATORQA (ID - 20467)is. [yun.] tar. 1. Son dərəcə sərt bir şəraitdə ağır icbari iş, sürgün və həbs şəklində verilən cəza, habelə sürgün edilmiş cinayətkarlar üçün icbari iş yeri. Katorqaya məhkum edilmək. Katorqaya göndərilmək. Katorqadan...
|
KATTA (ID - 20468)is. dan. bax kətxuda. Kattanı gör, kəndi çap. (Ata. sözü). Müxtəsərin deyir Aşıq Ələsgər; Koxanın, kattanın zatı çıxmışdı. Aşıq Ələsgər. Bu [şəxs] Danabaş kəndinin kattası Xudayar bəydi. C.Məmmədquluzadə. Katta danışmaq...
|
KATTALIQ (ID - 20469)dan. bax kətxudalıq. İndi iki il olar ki, Xudayar bəy Danabaşda kattalıq eləyir. C.Məmmədquluzadə.
|
KATYUŞA (ID - 20470)[rus. xüs. addan] dan. 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı avtomobildə qurulmuş reaktiv minaatan silahın zarafatyana adı. Mən od-alov yağdırdım katyuşatək dilimdən. S.Rüstəm.
|
KAUÇÜK (ID - 20471)[ing. əsli isp.] Bəzi tropik bitkilərin şirəsindən, yaxud zavod üsulu ilə süni alınan elastik maddə (bu maddədən rezin istehsal edilir). Təbii kauçuk. Sintetik kauçuk. Kauçuk zavodu. // Kauçukdan qayrılmış. Kauçuk boru.
|
KAUÇUKLU (ID - 20472)sif. Tərkibində kauçuk olan. Kauçuklu bitkilər.
|
KAUSTİK (ID - 20473)sif. [yunancadan] kim. Yeyici, yandırıcı. Kaustik maddələr. □ Kaustik soda - sabun istehsalında, toxuculuq işlərində tətbiq edilən kimyəvi maddə.
|
KAVALER1 (ID - 20474)[fr. cavalier] köhn. Qadınla birlikdə rəqs edən, yaxud cəmiyyətdə, qonaqlıq və s.-də onu məşğul edən, əyləndirən kişi. ..Kavalerlər cürətlənib xanımların yanında yer tutdular. Puşkindən. // köhn. Pərəstişkar.
|
KAVALER2 (ID - 20475)[lat.] Hər hansı bir ordenlə təltif olunmuş adam. Kutuzov ordeni kavaleri.
|
KAVALERLİK (ID - 20476)is. Kavaler olma (bax kavaler). Kavalerlik etmək. - [Əsgər bəy:] Bəli, sənin kavalerliyinə söz yoxdur. Ə.Haqverdiyev.
|
KAVATİNA (ID - 20477)[ital.] mus. Operada: kiçik lirik ariya. Məhz operaya xas olan ayrı-ayrı formalara daha çox müraciət edilir: məsələn, ariya, ariozo, kavatina. Ə.Bədəlbəyli.
|
KAVERNA (ID - 20478)[lat.] tib. Xəstəlik üzündən canlı orqanizm toxumalarının dağılması nəticəsində bədən üzvlərində (məs.: vərəm xəstəliyində ciyərdə) əmələ gələn boşluq.
|
KAVERNALI (ID - 20479)sif. tib. Kavernası olan (bax kaverna). Kavernalı ciyər.
|
KAYUT(A) (ID - 20480)[holl.] Gəmilərdə sərnişinlər və ya komanda heyətinə mənsub şəxslər üçün ayrıca otaq. [Ağaverdi qəzeti] eləcə kayutunda buraxıb vaxta gedir. S.Hüseyn. Kəyan buradan uzaqlaşıb, öz bölüyünün yerləşdiyi kayuta yönəldi....
|
KAZAK (ID - 20481)1. tar. XV-XVII əsrlərdə Rusiyada: feodal və mülkədarların zülmündən ucqarlara (Don, Yaik, Zaporojye) qaçıb azad olmuş təhkimli kəndlilərə, nökərlərə və şəhər yoxsullarına mənsub adam. XVI əsrdə rus dövlətinin hüdudunda,...
|
KAZAKXANA (ID - 20482)is. köhn. Kazakların yaşadığı qışla, kazarma. Kazak zabitləri tək-tək, cüt-cüt kazakxanaya gəlməyə başladılar. P.Makulu.
|
KAZAKLIQ (ID - 20483)is. tar. Kazakın işi, məşğuliyyəti (bax kazak 2-ci mənada).
|
KAZARMA (ID - 20484)[fr. əsli ital.] Hərbi hissələri yerləşdirmək üçün xüsusi bina; qışla. Əsgər kazarması. // köhn. Fabrik və ya zavod yanında fəhlələr üçün ümumi yataqxana. Fəhlə kazarmaları çox çirklidir, darısqaldır. Bir kiçik kazarmada...
|
KAZEİN (ID - 20485)[lat.] kim. Süd çürüdükdə onun tərkibində əmələ gələn mürəkkəb zülali maddə (kəsmik və pendirlərin əsas tərkib hissəsi). // Noxudun, soyanın tərkibində olan zülal maddəsi. □ Kazein boyası - tərkibində kazein olan müxtəlif...
|
KAZİNO (ID - 20486)[ital.] Şəhər kənarında və kurortlarda restoranları, qumarxanaları olan kef yeri. O gecə Əşrəf Əhmədi də özü ilə bərabər kazinoya aparmışdı. A.Şaiq. ..Lütfəli də fürsəti fövtə verməyib [Cəlilə] dedi ki, dur gedək kazinoya,...
|
KE (ID - 20487)“K” hərfinin və bu hərflə işarə olunan samitin adı.
|
KECİNMƏK (ID - 20488)bax geyinib-kecinmək. Aşıq Cünun geyindi, kecindi, pul götürdü, qızıl götürdü, sazını da çiyninə salıb yola düzəldi. “Koroğlu”. [Nəriman:] Sən demə [qız] geyinirmiş, keçinirmiş. Mir Cəlal.
|
KEÇDİ-KEÇDİ (ID - 20489)is. Qaçış yarışı (uşaq oyunu). Keçdi-keçdi oynamaq.
|
KEÇƏ (ID - 20490)1. is. Yunu döyüb basmaqla hazırlanan sıx qalın material. Keçə parçası. Alaçıq keçəsi. [Dərviş:] Ruqiyyə bir köhnə keçə üstündə, bir köhnə cırıq kilimdə yatırdı. A.Divanbəyoğlu. Göyçək bacı sevincək halda eyvana naxışlı...
|
KEÇƏATAN, KEÇƏBASAN (ID - 20491)bax keçəçi
-ci mənada. |
KEÇƏBİÇƏN (ID - 20492)is. Keçəni biçib, müxtəlif şeylər hazırlayan usta.
|
KEÇƏCƏK (ID - 20493)is. dan. 1. Keçmiş zaman, keçmiş (gələcək əksi). [Şamama Cadu:] Adına qurban olum, xanım, başına dönüm, keçəcəyini pis görürəm, amma gələcəyin yaxşıdır. Ə.Haqverdiyev. ..Millətin keçəcək və istiqbalını, nicat və səadətini...
|
KEÇƏÇİ (ID - 20494)is. 1. Yundan keçə hazırlayan,
keçə atan usta; keçəatan, keçəbasan. [Keçmişdə] Bakıda ümumiyyətlə peşəkarlar: keçəçi, dabbağ, dərzi.. və sairə çox olardı. H.Sarabski. 2. Keçə hazırlanan və satılan dükan və... |
KEÇƏÇİLİK (ID - 20495)is. Keçəçinin sənəti, peşəsi, məşğuliyyəti. [Şah:] Maldan, mülkdən qəni bir padşah; Keçəçilik sənətin etmiş özünə bir pənah! Ü.Hacıbəyov.
|
KEÇƏXANA (ID - 20496)b a x keçəçi 2-ci mənada.
|
KEÇƏL (ID - 20497)sif. 1. Baş dərisinin xəstəliyi nəticəsində başının tükü tökülmüş. Keçəl adam. Keçəl uşaq. // Is. mənasında. Başı keçəl olan adam. Keçəl suya gedən deyil. (Məsəl).
is. Tüksüz başın vəziyyəti, görünüşü. Uzunsov... |
KEÇƏLBAŞ (ID - 20498)sif. Başı keçəl (daz) olan. Keçəlbaş oğlan.
|
KEÇƏLƏKƏRKƏS (ID - 20499)is. zool. Dağlıq yerlərdə yaşayan, leş və cəmdək yeyən şığıyıcı, caynaqlı quş; toğlugötürən, kərkəs.
|
KEÇƏLƏŞDİRMƏ (ID - 20500)“Keçələşdirmək” dən f.is.
|
KEÇƏLƏŞDİRMƏK (ID - 20501)f. Keçə kimi etmək, tüklərini bir-birinə qarışdırmaq; codlaşdırmaq.
|
KEÇƏLƏŞMƏ (ID - 20502)“Keçələşmək” dən f.is.
|
KEÇƏLƏŞMƏK (ID - 20503)f. Tükləri bir-birinin içinə girib, keçə kimi olmaq, keçə kimi ayrılmaz olmaq, yapıxmaq; codlaşmaq.
|
KEÇƏLƏT (ID - 20504)is. məh. Keçmə, addama yeri. Arxın (çayın) keçələti.
|
KEÇƏLLƏMƏ (ID - 20505)“Keçəlləmək” dən f.is.
|
KEÇƏLLƏMƏK (ID - 20506)bax keçəlləşmək. Quraqlıqdan ağaclar keçəlləmişdir.
|
KEÇƏLLƏŞMƏ (ID - 20507)“Keçəlləşmək” dən f.is.
|
KEÇƏLLƏŞMƏK (ID - 20508)f 1. Baş dərisinin xəstəliyi nəticəsində başının tükü tökülmək, keçəl olmaq. // Dazlaşmaq, daz olmaq.
məc. Ot bitməmək, daz olmaq; çılpaqlaşmaq. |
KEÇƏLLƏŞMİŞ (ID - 20509)f.sif. Keçəl olmuş, başının tükü tökülmüş. // məc. Dazlaşmış, çılpaqlaşmış. - Tula keçəlləşmişdi, adda-budda yerlərdə belinin tükü tökülmüşdü. İ.Məlikzadə.
|
Bu səhifə dəfə baxılıb