KEÇƏCƏKis. dan. 1. Keçmiş zaman, keçmiş (gələcək əksi). [Şamama Cadu:] Adına qurban olum, xanım, başına dönüm, keçəcəyini pis görürəm, amma gələcəyin yaxşıdır. Ə.Haqverdiyev. ..Millətin keçəcək və istiqbalını, nicat və səadətini şairanə və ədibanə nəzmə çəkmək, əbnayi-millətin təlim və tərbiyəsinə, ruhani məişətinə qulluq eləmək, əlbəttə, böyük hünərdir. F.Köçərli.
Dolanacaq, güzəran. Keçəcəyi o qədər də yaxşı deyil. Asılılıq. Mənim ondan nə keçəcəyim? Paylaşın - Hamı bilsin
|