İzahlı lüğət

KEÇƏ

1. is. Yunu döyüb basmaqla hazırlanan sıx qalın material. Keçə parçası. Alaçıq keçəsi. [Dərviş:] Ruqiyyə bir köhnə keçə üstündə, bir köhnə cırıq kilimdə yatırdı. A.Divanbəyoğlu. Göyçək bacı sevincək halda eyvana naxışlı bir keçə saldı. Ə.Vəliyev. Keçə atmaq (basmaq) - yundan keçə hazırlamaq. Gərək yadındadır, rəhmətlik dədən; Bükülmüşdü beli keçə atmaqdan. S.Vurğun. // Bu cür materialdan tikilmiş, hazırlanmış. Keçə papaq. Keçə alaçıq. - Nabat xanım gecə paltarına bürünmüşdü, .. ayağında nazik və səssiz bir keçə başmağı vardı. M.S.Ordubadi.
2. məc. sif mənasında. Daranmamış, yapıxmış, bir-birinin içinə girmiş (saç haqqında). Keçə saç.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed