İzahlı lüğət

KÖÇÜRTMƏK (ID - 22060)

bax köçürmək [Qız:]
Ona görə ki, sən zorla şeirlərini öz xəttinlə dəftərimə köçürtdün, nəticəsi də belə oldu. S.Rüstəm.

KÖÇÜRÜLMƏ (ID - 22061)

“Köçürülmək” dən f.is.

KÖÇÜRÜLMƏK (ID - 22062)

1. “Köçürmək” dən məch. Ailə bağa köçürüldü. Qız köçürüldü. Tezislər köçürüldü.
2. B a x keçirilmək. Poladərizəyazdı komandirinə; Başqa bir hissəyə köçürülməyə. M.Rahim.

KÖHLƏN (ID - 22063)

sif Harın bəslənmiş (at haqqında). Tövlələrdə köhlən atlar çığırışırmı? F.Köçərli. Volqadan su içmiş köhlən atların; Üstündə girdablı çaylara cumduq. S.Vurğun. // İs. mənasında. Köhləni yəhərləmək. Köhləni minmək....

KÖHLƏNLİK (ID - 22064)

is. Harın bəslənmiş atın hal və keyfiyyəti; harınlıq. Qara oğlan hər söz başında xallı atın köhlənliyini, cinsliyini, yumşaqlıq və mehribanlığını deyib, özünü öyür və tərifləyirdi. S.Rəhimov.

KÖHNƏ (ID - 22065)

sif. [fars.] 1. Uzun müddət işlənməkdən dağılmış, xarab olmuş, yıpranmış, köhnəlmiş; nimdaş (yeni ziddi). Köhnə ayaqqabı. Köhnəpalto. Köhnə araba. Köhnə stul.
Pişxidmətlər şüru etdilər Yusif Sərracın köhnə paltarını...

KÖHNƏÇİ (ID - 22066)

is. 1. Bax köhnəpərəst. Köhnə paltar və s. alıb-satan adam; köhnəfüruş.

KÖHNƏÇİLİK (ID - 22067)

bax köhnəpərəstlik.

KÖHNƏDƏN (ID - 22068)

bax qədimdən.
□□ Köhnədən qalma - keçmiş zamanlardan qalan, çoxdan qalma; köhnə, əski, qədim. Əmizadələrimin köhnədən qalma bir qara damı var idi. Orada heç kəs olmurdu. Məhsul saxlamaq üçün anbar idi. S.S.Axundov.

KÖHNƏFÜRUŞ (ID - 22069)

is. [fars.] bax köhnəçi 2-ci mənada.

KÖHNƏ-KÜLTƏ (ID - 22070)

bax köhnə-kürüş. Bundan qabaq həyətə yolçu-zad gələndəpay verərdim, .. köhnədən-kültədən bağışlardım. Ə.Əbülhəsən.

KÖHNƏ-KÜRÜŞ (ID - 22071)

sif. Çox köhnə, istifadəyə yaramayan; cındır, dağılmış, cırılmış. Köhnə-kürüş şeyləri təmir etmək. // İs. mənasında. Köhnə-kürüş satmaq.

KÖHNƏLDİLMƏ (ID - 22072)

“Köhnəldilmək” dən f.is.

KÖHNƏLDİLMƏK (ID - 22073)

məch. İşlədilə-işlədilə köhnə hala gətirilmək, xarab edilmək, yıpradılmaq.

KÖHNƏLƏŞMƏ (ID - 22074)

"Köhnələşmək” dən fis.

KÖHNƏLƏŞMƏK (ID - 22075)

bax köhnəlmək. Palto köhnələşib. Xalça köhnələşdi.

KÖHNƏLİK (ID - 22076)

is. 1. Köhnə şeyin hal və keyfiyyəti (təzəlik ziddi). Paltarın köhnəliyi. Evin köhnəliyi. // Tarixi köhnə olma, keçmişə aid olma. Məsələnin köhnəliyi.
Dövrə, zəmanəyə uyğun olmayan şeylər; əskilik, gerilik (yenilik...

KÖHNƏLMƏ (ID - 22077)

“Köhnəlmək” dən f.is.

KÖHNƏLMƏK (ID - 22078)

f 1. Çox işlənməkdən xarab olmaq, yıpranmaq, yararsız hala gəlmək. Pencək köhnəlib. Ayaqqabı köhnəldi.
Çox qalmaqdan xarab olmaq, təzəliyini, təravətini itirmək, yaramaz olmaq. Yağ (pendir) qalıb köhnəlib.
Vaxtı keçmək,...

KÖHNƏLMİŞ (ID - 22079)

f.sif. 1. Çox işlənməkdən xarab olmuş; yıpranmış. Köhnəlmiş papaq. Köhnəlmiş şal. [Hacı Manaf] məhkəməyə gələrkən olduqca köhnəlmiş, yamaqlı birpaltar geyərək gəlmişdi. S.Hüseyn. [Qədir] başına köhnəlmiş və hər...

KÖHNƏLTMƏ (ID - 22080)

"Köhnəltmək” dən f.is.

KÖHNƏLTMƏK (ID - 22081)

f İşlədə-işlədə köhnə hala gətirmək, xarab etmək. Pencəyi köhnəltmək.

KÖHNƏPƏRƏST (ID - 22082)

is. [fars.] Köhnəlik tərəfdarı, köhnə adət və ənənələri sevən, onlara riayət edən, onlardan əl çəkməyən adam; mühafizəkar, cəhalətpərəst. ..Bizim köhnəpərəstliyimiz və müqəddəslərimiz görürlər ki, biz hər bir qüvvəmizi...

KÖHNƏPƏRƏSTLİK (ID - 22083)

is. Köhnəlik tərəfdarı olma, köhnə adət və ənənələri sevmə; mühafizəkarlıq, cəhalətpərəstlik.

KÖHNƏSAYAQ (ID - 22084)

sif. və zərfi Köhnə tərzdə, köhnə qaydada, köhnədə olduğu kimi.

KÖHÜL (ID - 22085)

is. Mağara. [Cuma] ..yaş torpaq iyi verən bu qaranlıq köhülün ora-burasını yoxlayaraq, büzüşüb dirsəkləndi. Ə.Əbülhəsən. □ Köhül kimi məc. - mağara kimi. Yüzlərcə at ağzını köhül kimi açıb fınxıra-fınxıra Qarabağ...

KÖK1 (ID - 22086)

is. 1. Bitkilərin torpaq altında olan, suyu soran və onları qidalı maddələrlə qidalandıran yarpaqsız hissəsi; rişə. Ot öz kökü üstündə bitər. (Ata. sözü). Biçinçilərdən biri orağını böyük bir qanqalın kökündən endirərkən...

KÖK2 (ID - 22087)

sif. 1. Ətli, şişman, gonbul, yoğun (arıq ziddi). Kök uşaq. Kök qoyun. Kök adam. - Həsrət ilə pişik çəkirdi keşik; Gördü gəlir neçə qəvi, kök pişik. S.Ə.Şirvani. [Qurbanəli:] Baş üstə!.. Sən məni bu işdən xilas eləsən...

KÖK3 (ID - 22088)

is. Musiqi ifadəliyinin vəzn, tembr və s. kimi ünsürlərindən biri. Müxtəlifi yüksəklikdə olan səslərin müəyyən sistem əsasında təşkil olunması ilə əldə edilən səslərin qarşılıqlı münasibətinə kök deyilir. Ə.Bədəlbəyli....

KÖK4 (ID - 22089)

is. 1. İri tikiş.
2. Sonradan əl və ya maşınla əsaslı tikmək üçün atılan iri tikiş. □ Kök atmaq (getmək)
b a x kökləmək2

KÖK5 (ID - 22090)

Adətən tərkiblərdə işlənib, xarici görünüş, vəziyyət, hal, halət mənasını verir. Pis kökdə görmək (pis vəziyyətdə görmək). Öz kökünə qoymaq (özü kimi etmək). [Mahmud:] Adəmi behiştdən qovdular, onlar da düşdülər...

KÖKALMA (ID - 22091)

is. riyaz. Ədədin kvadrata yüksəldilməsi, ədədin özünə vurulması. Qüvvətə yüksəlmənin tərsi olan kökalma əməli də riyaziyyata irrasional ədədləri daxil etmişdir.. Z.Xəlilov.

KÖKAYAQLILAR (ID - 22092)

cəm zool. Bədənindəki çıxıntıların köməyi ilə hərəkət edən və qidanı tutan ən sadə birhüceyrəli heyvanlar sinfi. Ibtidai heyvanlara dair dərsləri keçərkən mikroskop altında öyrəniləcək heyvanlardan biri də kökayaqlılar...

KÖKCÜK (ID - 22093)

is. Balaca kök, kiçik kök. Otun kökcüyü. - Zəfəran budaqlanmayan sapabənzər kökcüyə malikdir ki, bunun da bütün uzunluğu boyu diametri 1 mm-ə qədər olur. İ.Axundzadə.

KÖKDOĞRAYAN (ID - 22094)

sif. k.t. Bitki köklərini doğramaq, xırdalamaq üçün olan. Kökdoğrayan maşın. // is. Kökü doğramaq, xırdalamaq üçün maşın və s. Kökdoğrayanı quraşdırmaq.

KÖKƏ (ID - 22095)

is. dan. Adi xəmirdən bişirilən kiçik çörək; qoğal. Nə yoğurdum, nə yapdım; Hazırca kökə tapdım. (Ata. sözü). Tapdıq sualını təkrar etdikdə Qaçay cavab verdi: Balama şirin dəyirman kökəsi gətirmişəm. Ə.Vəliyev. Mayil...

KÖKƏCİK (ID - 22096)

is. Kiçik kökə, balaca qoğal: qoğalcıq.

KÖKƏLDİCİ (ID - 22097)

sif. Kökəldən, kökəlməyə səbəb olan, kömək edən. Kökəldici yeməklər (maddələr).

KÖKƏLDİLMƏ (ID - 22098)

“Kökəldilmək” dən f.is. Mal-qaranın kökəldilməsi.

KÖKƏLDİLMƏK (ID - 22099)

məch. Yaxşı yemək verməklə, qulluq etməklə kök hala gətirilmək.

KÖKƏLMƏ (ID - 22100)

“Kökəlmək” dən fis.

KÖKƏLMƏK (ID - 22101)

f Yaxşı yemək, bəslənmək, qulluq edilmək nəticəsində kök hala gəlmək, ətə-cana gəlmək. Uşaq kökəlib. Bu qoyunlar yaxşı kökəldi. - [İzzət Məmmədhəsən əmiyə:] Bəs ha vaxt [eşşək] evdə qalıb kökələcək ki, sən onu...

KÖKƏLTMƏ (ID - 22102)

“Kökəltmək” dən fis.

KÖKƏLTMƏK (ID - 22103)

f Yaxşı yemləmək, bəsləmək, qulluq etməklə kök hala gətirmək; kökəlməyə səbəb olmaq. Toyuqları kökəltmək. Uşağı kökəltmək. Yağlı süd uşağı kökəldər.

KÖKKƏSƏN (ID - 22104)

b a x kökdoğrayan.

KÖKLƏMƏ1 (ID - 22105)

“Kökləmək1 “dən f.is.

KÖKLƏMƏ2 (ID - 22106)

“Kökləmək2” dən fis.

KÖKLƏMƏK1 (ID - 22107)

f 1. Simli musiqi alətlərinin səsini simləri tarımlaşdırmaq, ya boşaltmaq yolu ilə tələb olunan tona salmaq, simlərinin ahəngini bir-birinə uyğunlaşdırmaq. Aşıq Cünun sazını kökləyib ortaya çıxdı. “Koroğlu”. Bu hində Baxşı...

KÖKLƏMƏK2 (ID - 22108)

f Paltar biçildikdən sonra kəsilmiş hissələri iri tikişlə bir-birinə quraşdırıb tikmək. Paltarı kökləmək.

KÖKLƏNMƏ1 (ID - 22109)

“Köklənmək^’dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed