![main main](/images/breadcrumbs-image-1-min.webp)
KÖK2sif. 1. Ətli, şişman, gonbul, yoğun (arıq ziddi). Kök uşaq. Kök qoyun. Kök adam. - Həsrət ilə pişik çəkirdi keşik; Gördü gəlir neçə qəvi, kök pişik. S.Ə.Şirvani. [Qurbanəli:] Baş üstə!.. Sən məni bu işdən xilas eləsən mən sənə hələ bir kök toğlu da bağışlaram. N.Vəzirov. [Arvad:] ..Hinduşkanın bir kökünü tut, kəs. B.Bayramov.
2. məc. dan. Özündən sonra gələn sözün qüvvətini, mənasını, təsirini gücləndirir. Əvəzində Qəhrəmandan bir kök töhmət al, eləmi? - deyə Əsəd donquldana-donquldana başını yellədi. S.Rəhimov. Sitarə kök bir dəstə hazırlamışdı. Mir Cəlal. [Nəcmi] xüsusən axırıncı sinifdə ən çox hirsini boğazına yığan şagirdə kök bir sıfir verər. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|