
KÖHNƏLİKis. 1. Köhnə şeyin hal və keyfiyyəti (təzəlik ziddi). Paltarın köhnəliyi. Evin köhnəliyi. // Tarixi köhnə olma, keçmişə aid olma. Məsələnin köhnəliyi.
Dövrə, zəmanəyə uyğun olmayan şeylər; əskilik, gerilik (yenilik ziddi). Bütün o Şərq köhnəliyi aradan qaldırılmış, onun yerində təzə və təmiz bir bağ salınmışdır. C.Cabbarlı. Bizim evdə köhnəliklə yeniliyin mübarizəsi əsla qurtarası deyildir! S.Rəhimov. Paylaşın - Hamı bilsin
|