İzahlı lüğət

KÖHNƏLMİŞ

f.sif. 1. Çox işlənməkdən xarab olmuş; yıpranmış. Köhnəlmiş papaq. Köhnəlmiş şal. [Hacı Manaf] məhkəməyə gələrkən olduqca köhnəlmiş, yamaqlı birpaltar geyərək gəlmişdi. S.Hüseyn. [Qədir] başına köhnəlmiş və hər tərəfini yağ basmış bir meşin şapka qoymuşdu. Ə.Sadıq. Minayə köhnəlmiş, bir neçə dili də xarab olmuş qarmonu döşünə basıb .. ortalıqda süzürdü. Ə.Əbülhəsən.
Çox qalmaqdan xarab olmuş, təzəliyini, təravətini itirmiş. Köhnəlmiş yağ (pendir).
Dövrə, zəmanəyə, bugünkü günə uyğun olmayan; dəbdən düşmüş, indi işlənməyən. Köhnəlmiş nəzəriyyə. Köhnəlmiş söz (ifadə).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed