KÖK1is. 1. Bitkilərin torpaq altında olan, suyu soran və onları qidalı maddələrlə qidalandıran yarpaqsız hissəsi; rişə. Ot öz kökü üstündə bitər. (Ata. sözü). Biçinçilərdən biri orağını böyük bir qanqalın kökündən endirərkən quş balaları “cik-cik” edib .. qalın otlar arasına soxuldular. A.Şaiq. Kökləri kəsilmiş ağaclar gurultu ilə yıxılırdı. H.Seyidbəyli. // Bitkilərin müəyyən məqsəd üçün qazılıb çıxarılan yeraltı hissəsi. Biyan kökü. Tikan kökü. // Kökümeyvəli bitkilərin ərzaq kimi işlədilən yeraltı hissəsi (kartof, soğan və s.).
Sarı, sarı-qırmızı, qara rəngli kökümeyvəli bitkilərdən birinin adı; yerkökü. Bazardan kök almaq. Kök şirəsi. - Aslan əlinə bir kök alıb xırtıldada-xırtıldada yeməyə başladı. S.Vəliyev. Saçın, dişin və s.-nin bədənin içində olan hissəsi. Diş kökü. Saçın kökü. // Bədən üzvünün bədənlə birləşən yeri, dib qismi. Dilin kökü. məc. Nəsil, əsil-nəsəb, mənşə. Mənim ki başımın tükləri ömrümdə qıvrım olmamışdır, .. nəslimizdə, kökümüzdə də olmamışdır. S.Rəhimov. dilç. Sözün önlük və şəkilçiləri çıxdıqdan sonra qalan hissəsi. Sözün kökü. Bir kökdən ibarət sözlər. riyaz. Müəyyən dərəcəyə qaldırdıqda yeni bir kəmiyyət alınan ədəd. Kvadrat kök. məc. Əsas səbəb, əsas illət. Məsələnin (işin) kökü. - Bu hadisələrin əsas kökü azərbaycanlıları paytaxtdan uzaqlaşdırmaq və Qızıl Arslanı təkləmək məqsədləri üzərində qurulmuşdu. M.S.Ordubadi. Kökündən şəklində - 1) əsla, qətiyyən. [Niyaz:] Belə iş bu küləkdə; Mümkün deyil kökündən. Ə.Əlibəyli; 2) tamamilə, yerli-dibli. Həyat kökündən dəyişmişdir. - Mümkün olsa lap kökündən qaldırıb bir zənn ilə; Cümlə mətbuatı viran etməli bundan sora. M.Ə.Sabir. □□ Kök aparmaq - b a x kök salmaq 2-ci mənada. Həqiqət halda da dörd gün davam edən məhkəmə, mühitimizdə az-az təsadüf edilən, amma əsası yaşayışımızın dərinliklərinə kök aparan bir işə baxırdı. T.Ş.Simurq. Kök atmaq - 1) bitkilərin torpaq altında olan hissəsində köklər əmələ gəlmək; rişələnmək, yayılmaq. Elə bil ki, Dəmirçioğlu yüzillik bir ağac olub yerə kök atmışdı. “Koroğlu”; 2) məc. bir yerdə törəyib artmaq. [Dərviş:] Canımın bir hissəsi vətənimdə hasil olubsa, o biri ləzzətli, dadlı hissəsi bu dağların aralarında .. kök atıbdır! A.Divanbəyoğlu. Kök salmaq - 1) bax kök atmaq. Bu körpəcə meynəni qoru hər bir zavaldan; Qoy torpaqda kök salıb, bərkitsin öz yerini. S.Rüstəm; 2) məc. yer tutmaq, möhkəmlənmək, möhkəm və həmişəlik yerləşmək. Əl yarası tez gedər; Kök salar dilyarası. (Ata. sözü). Cəlil ağanın .. qəlbində kök salmış qəbih adətləri ona tərk etdirmək mümkün deyildi. İ.Musabəyov. [Fətullanın] şəhərə yaxın kəndlərdən birində evlənib kök saldığını bilirdim. Mir Cəlal. Kökü (kökünüz, kökləri) kəsilsin! qarğış, nifrin ifadəsi. Onların, görüm, kökləri kəsilsin! Kökü kəsilmək - 1) tamamilə yox edilmək, məhv edilmək, puç edilmək; yox olmaq. Dostların əlilə bir tikan təki; Belə adamların kəsilər kökü. S.Rüstəm. [Süleyman:] Bataqlıq qurudulub, yerində meşə zolaqları və tarlalar salındıqdan sonra qızdırmanın kökü kəsildi. M.Rzaquluzadə; 2) tələf olmaq, mövcud olmamaq, nəsli kəsilmək. Abşeronda çoxdan kökü kəsilmiş canavar, tülkü, çaqqal kimi ziyanverən heyvanlar haradansa peyda olub. M.Rzaquluzadə. Kökündən vurmaq - 1) dibindən kəsmək, görünməz etmək, yox etmək. Saçını kökündən vurmaq; 2) məc. tutarlı söz demək, kəsərli cavab vermək. Kökünə çatmaq - əsasını, mahiyyətini bilmək, dərindən öyrənmək, künhünə varmaq. [Xan:] Axund, çox zehinli uşaqdır.. Hər nə də görür, soruşub kökünə çatmaq istəyir. Çəmənzəminli. Kökünü (yer üzündən) kəsmək - tamamilə, bir daha törəməyəcək şəkildə yox etmək, məhv etmək. Yalnız bu yolu davam etdirməklə zülmün kökünü kəsmək mümkündür. M.S.Ordubadi. Kəssin deyə düşmənin kökünü yer üzündən; Qoymaram korluq çəkə benzindən onları mən. R.Rza. Kökünü qazımaq b a x kökünü kəsmək. [Hacı Mehdi:] Allah sizin kökünüzü yerdən qazsın. Ə.Haqverdiyev; məc. əleyhinə iş görmək, zərərinə işləmək. Özünü dost kimi göstərən çar hökuməti gizlində xalqın kökünü qazıyırdı. A.Şaiq. Paylaşın - Hamı bilsin
|