KÖHLƏNsif Harın bəslənmiş (at haqqında). Tövlələrdə köhlən atlar çığırışırmı? F.Köçərli. Volqadan su içmiş köhlən atların; Üstündə girdablı çaylara cumduq. S.Vurğun. // İs. mənasında. Köhləni yəhərləmək. Köhləni minmək. - Sən mənim köhlənim, oynaq atımsan. M.Müşfiq. [İlyas:] Tərlan kimi coşqun məzaclı bir köhləni isə yalnız minicilik sənətkarlığının zirvəsində duran tək-tək adamlar minə bilərdi. Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|