KÖKLƏMƏK1f 1. Simli musiqi alətlərinin səsini simləri tarımlaşdırmaq, ya boşaltmaq yolu ilə tələb olunan tona salmaq, simlərinin ahəngini bir-birinə uyğunlaşdırmaq. Aşıq Cünun sazını kökləyib ortaya çıxdı. “Koroğlu”. Bu hində Baxşı kamançanı kökləyir və başlayır segah-zabil havasını çalmağa. C.Məmmədquluzadə.
məc. Sazlamaq, düzəltmək, işə salmaq üçün hazırlamaq. Hüseynəli əmi çubuğunu dəmir milçə ilə qurdalayıb kökləyirdi. M.S.Ordubadi. Qışın gecəsi uzun, odunumuz bol, işimiz də yox.. Götür çörəyini ye, ocağı da köklə. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|