İzahlı lüğət

KƏRƏCİ (ID - 20960)

is. Bir neçə adamlıq dorlu qayıq. Gəmi, qayıq, kərəci də, kolaz da; Məni heç vaxt incitməmiş bir az da. A.Səhhət. Gecənin qaranlığı şərisində Lənkrud çayı ilə aşağı doğru axan kərəcidə .. oturub dalğın və mükəddər...

KƏRƏCİVAN (ID - 20961)

is. məh. Kərəci sürən, kərəcidə işləyən adam; qayıqçı.

KƏRƏCİVANLIQ (ID - 20962)

is. məh. Kərəcivanın işi, peşəsi, məşğuliyyəti; qayıqçılıq. Sarıköynək özünü suya atırsa da öldürə bilməyir. Onu, kərəcivanlıq edən indiki əri ölümdən xilas edir. S.Hüseyn.

KƏRƏM1 (ID - 20963)

is. [ər.] köhn. Lütf, mərhəmət, inayət. Kərəm eyləmək. - [Ağa Heydər:] Xudaya, şükür kərəminə! Balalarım, gəlin sizi bağrıma basım. N.Vəzirov. □ Kərəm et (qıl) (yalvarış yaxud nəzakət bildirən əski ifadə)
1) mərhəmət...

KƏRƏM2 (ID - 20964)

“Kərə3” sözünün canlı danışıq dilində işlənən yanlış forması. [Sərçə] üç kərəm balasın suva basıb, alıb tazadan dimdiyinə apardı. (Nağıl). [Böyükxanım:] Bir kərəm sənin yanında üzüaçıq dayanmışammı, səsimi...

KƏRƏMİ (ID - 20965)

is. mus. Azərbaycan aşıq havalarından birinin adı. Balabançı genə durub gəlir Aşıq Cəfərin yanına, Aşıq Cəfər kərəmi oxuyur. Ə.Haqverdiyev.

KƏRƏMLİ (ID - 20966)

sif Mərhəmətli, lütfkar, insaflı, rəhmli. Könül qəmgin, ürək dərdli, vərəmli; Səni gördüm səxavətli, kərəmli. Aşıq Ələsgər. Kərəmli padşah, rəhm eylə mana; Al mənim könlümü, yetir canana. Aşıq Rəcəb.

KƏRƏMLİLİK (ID - 20967)

is. Lütfkarlıq, mərhəmətlilik, alicənablıq.

KƏRƏMSİZ (ID - 20968)

sif İnsafsız, mərhəmətsiz, rəhmsiz. Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi.

KƏRƏN (ID - 20969)

is. məh. Yonulmamış yoğun ağac, dirək, iri kötük. Evin kərəni sınmışdır. - El yığılsa, kərən sındırar. (Ata. sözü). El bir olsa dağ oynadar yerindən; Söz bir olsa zərbi kərən sındırar. A.Tufarqanlı. Kərəni, pərdəsi...

KƏRƏNAY (ID - 20970)

is. [fars.] köhn. 1. Nəfəslə çalınan uzun boru şəklində qədim musiqi aləti (adətən təntənələrdə, qələbə bayramlarında çalınardı). Kərənayi-şadiyanə başlandı çalınmağa. M.F.Axundzadə. Vəliəhd atın üstünə qalxdığı...

KƏRƏNAYXANA (ID - 20971)

is. [fars.] köhn. Kərənayların birdən çalması. Günəş Həməl bürcünə yaxınlaşdığı dəqiqədə .. vurulan kərənayxana Novruz bayramı mərasiminin başlandığını xəbər verdi. M.S.Ordubadi.

KƏRƏNTİ (ID - 20972)

b a x dəryaz. ..Merac yenə də kərəntini götürüb ot çalmağa başladı. Ə.Vəliyev. [Şamxal] kərəntini çiyninə alıb, pəncərəsi Kürə baxan evlərinin qənşərindəki cığırla asta-asta yuxarı qalxdı. İ.Şıxlı.

KƏRƏNTİÇİ (ID - 20973)

is. Kərənti ilə ot çalan adam; dəryazçı.

KƏRƏNTİÇİLİK (ID - 20974)

is. Kərəntiçinin işi, peşəsi; dəryazçılıq.

KƏRƏNTİLƏMƏ (ID - 20975)

“Kərəntiləmək” dən f.is.

KƏRƏNTİLƏMƏK (ID - 20976)

b a x dəryazlamaq.

KƏRƏNTİLƏNMƏ (ID - 20977)

“Kərəntilənmək” dən f.is.

KƏRƏNTİLƏNMƏK (ID - 20978)

bax dəryazlanmaq.

KƏRƏNTİLİK (ID - 20979)

is. Hər dəfədə kərəntinin ağzına gələn miqdar (adətən saylarla). Bir kərəntilik ot.

KƏRƏSKƏ (ID - 20980)

is. k.t. 1. Qoyun damının bir tərəfində quzular üçün ayrılmış yer. Qamışdan düzəldilmiş kərəskə.
2. B a x arxac.

KƏRƏVİZ (ID - 20981)

is. bot. Çətirçiçəklilər fəsiləsindən 1-2 illik ot-bitki. Iki dəstə kərəviz. Xörəyə kərəviz doğramaq.

KƏRƏYAGI (ID - 20982)

KƏRGƏDAN (ID - 20983)

is. [fars.] zool. Başının qabaq tərəfində bir, ya iki buynuzu olan. Asiyada və Cənub-Şərqi Asiyada yaşayan otyeyən, məməli iri heyvan. Bir keçi qaçıban qurtulsa qurddan; Baxar buynuzuna kərgədan olu. “Koroğlu”. El kömək duranda...

KƏRİM (ID - 20984)

sif [ər.] Kərəm və səxavət sahibi, lütf və ehsan sahibi, inayətkar; kərəmli, mərhəmətli (çox vaxt Allaha verilən sifətlərdən biri kimi). Ahla-vayla çıxar kasıbın canı; Ölənəcən deyər: - Allah kərimdir. (Ata. sözü). Dəmirçioğlu...

KƏRİMLİK (ID - 20985)

is. Lütfkarlıq, inayətkarlıq; lütf, kərəm, inayət. [Güllü:] Indi sən acından ölməklə Allah kərimlikdən düşəcək? Ə.Haqverdiyev.

KƏRİŞKƏ (ID - 20986)

is. İçi dəlik ağaca geydirilən, ensiz, yastı, gödək, iti polad tiyəsi olan dülgər aləti.

KƏRKƏ (ID - 20987)

is. zool. Şirin sularda yaşayan, diri bala doğan balıq.

KƏRKƏS (ID - 20988)

is. [fars.] zool. bax keçələkərkəs. Qara kərkəs. Leş kərkəsi. Ağbaş kərkəs. [Səfər:] Ancaq arabir havada nəş arzusunda gəzən kərkəslərdən savay bir canlı görünmür. Ə.Haqverdiyev.

KƏRKİ (ID - 20989)

is. Aşağı çevrilmiş enli tiyəsi olan uzunsaplı, yonucu (kəsici) alət. Kərki ağacı yastısına yonar, balta dikinə. (Məsəl). Kərki olub öz tərəfinə yonma; Ərrə ol, iki tərəfə yon. (Ata. sözü). Əlisa .. yarıehtiyatla hərlənib...

KƏRKİLƏMƏ (ID - 20990)

“Kərkiləmək” dən f.is.

KƏRKİLƏMƏK (ID - 20991)

f Kərki ilə yonmaq. Taxtanı kərkiləmək. Ağacı kərkiləmək.

KƏRKİLƏNMƏ (ID - 20992)

“Kərkilənmək” dən f.is.

KƏRKİLƏNMƏK (ID - 20993)

məc. Kərki ilə yonulmaq. Ağac kərkilənmişdir.

KƏRKİNCƏK (ID - 20994)

is. zool. Kiçik şahin; tərlan, qızılquş.

KƏRMƏ (ID - 20995)

bax gərmə2

KƏRPİC (ID - 20996)

is. Düzbucaq şəklində qəliblənmiş (bişmiş və ya çiy) gildən hazırlanan tikinti materialı. Kərpic istehsalı. Kərpic kəsmək. Çiy kərpic. Bişmiş kərpic. Qırmızı kərpic.
Bu qala bizim olaydı; Kərpici qızıl olaydı; Yara...

KƏRPİCARASI (ID - 20997)

sif. Tikintidə kərpiclərin arasında olan. Kərpicarası boşluq. Kərpicarası məsafə.

KƏRPİCATAN (ID - 20998)

is. Tikintidə aşağıdan yuxarıya (bənnaya) kərpic verən (atan) fəhlə; kərpicverən, kərpicçi.

KƏRPİCBAGLAMA (ID - 20999)

is. xüs. Tikinti işində kərpicləri düzmə üsulu.

KƏRPİCÇİ (ID - 21000)

is. 1. Kərpic kəsməklə məşğul olan adam.
2. Bax kərpicatan.

KƏRPİCÇİLİK (ID - 21001)

is. Kərpicçinin sənəti, işi, peşəsi. Kərpicçilik etmək.

KƏRPİCXANA (ID - 21002)

is. Kərpic hazırlanan, kəsilən yer; kərpic karxanası.

KƏRPİCİ (ID - 21003)

sif. 1. Bişmiş kərpic rəngində olan; qırmızı. Kərpici parça. Kərpici maşın. Kərpici şal. - Qırıq pəncərələrinin hərəsinin yanında bir dəmir çarpayı qoyulmuş, üstü qırmızı kərpici adyallarla örtülmüşdü. M.İbrahimov....

KƏRPİCKƏSƏN (ID - 21004)

sif. Gildən qəlib vasitəsilə kərpic kəsən, hazırlayan. Kərpickəsən fəhlə. - Nazim çıxıb fikirlərini dedi, kərpickəsən maşının modelini, hərəkət cədvəlini də gətirib göstərdi. Mir Cəlal. // İs. mənasında. Təbib də,...

KƏRPİCQURUDAN (ID - 21005)

sif. Kərpiclərin qurudulması üçün hazırlanmış (bina, tikinti). Kərpicqurudan anbar.

KƏRPİCLİ (ID - 21006)

sif. Kərpicdən tikilmiş, ya kərpic döşənmiş. Kərpicli küçə. - Qara çiy kərpicli binanın üst balkonunda Həcər aynalını bir parça ağ əsği ilə silib təmizləyirdi.. S.Rəhimov.

KƏRPİCVERƏN (ID - 21007)

b a x kərpicatan.

KƏRRAT (ID - 21008)

[ər. “kərrə” söz cəmi] köhn.: kərrat ilə - dəfələrlə. Şəhərin böyükləri və başbilənləri kərrat ilə biçarə əhalini məsləhət və məşvərətə toplayırlar. F.Köçərli. [Bahadır] ixtiyarsız Yusifi qucaqladı, sonra...

KƏRRƏ (ID - 21009)

[ər.] bax kərə3

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed