KƏRƏNis. məh. Yonulmamış yoğun ağac, dirək, iri kötük. Evin kərəni sınmışdır. - El yığılsa, kərən sındırar. (Ata. sözü). El bir olsa dağ oynadar yerindən; Söz bir olsa zərbi kərən sındırar. A.Tufarqanlı. Kərəni, pərdəsi hörümçək toru; Deyirlər, kasıbın bilinməz goru. S.Vurğun. □ Kərənə dönmək - şişmək. Ayağı kərənə dönübdür.
Paylaşın - Hamı bilsin
|