İzahlı lüğət

KƏRƏM1

is. [ər.] köhn. Lütf, mərhəmət, inayət. Kərəm eyləmək. - [Ağa Heydər:] Xudaya, şükür kərəminə! Balalarım, gəlin sizi bağrıma basım. N.Vəzirov. □ Kərəm et (qıl) (yalvarış yaxud nəzakət bildirən əski ifadə)
1) mərhəmət et, rəhm göstər, lütf et. Saqi, kərəm eylə, cam gəzdir; Tutma qədəhi, müdam gəzdir! Füzuli. Ey gözəllər şahı, kərəm et mana; Baxmagilən hərgiz əğyardan yana. M.P.Vaqif; 2) verin, ödəyin. [Məstəli şah:] Xanım, divlərin əlmuzdunu, ənamını kərəm edin! M.F.Axundzadə. Kərəm sahibi (əhli)
köhn. - lütfkar, rəhmdil, mərhəmətli, insaflı, alicənab adam haqqında. Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər; Işlənən işlərdə əhkamü ləyaqət görmədim. M.P.Vaqif.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed