İzahlı lüğət

KARAGƏLƏN (ID - 20260)

sif İşə yarayan; köməyi, xeyri dəyən, gərəkli. Karagələn adam. - Qədirpaketin birisini açdı və dedi: - [Bayram] karagələn adamdır. Ə.Vəliyev.

KARAİM (ID - 20261)

is. Krımda və Litvada, habelə Polşada yaşayan türkdilli xalq və bu xalqa mənsub adam.

KARAMEL (ID - 20262)

[fr.] Şəkər və patkadan hazırlanan ətirli, rəngli konfet növü. Içli karamel. Karamel konfeti. Karamel fabriki.

KARANDAŞ (ID - 20263)

is. [rus. əsli “qara daş” sözündən] Yazı yazmaq, şəkil və cizgi çəkmək üçün taxtaya geydirilmiş nazik qrafit, yaxud quru boyaq çubuğu. Qara karandaş.
Qırmızı karandaş. Karandaşla yazmaq. Çernil, qrafit, pero, karandaş;...

KARANTIN (ID - 20264)

[fr.] 1. Yoluxucu xəstəliklərin daha da yayılmasının qarşısını almaq üçün xəstələrin və onlarla təmasda olmuş şəxslərin müvəqqəti təcrid edilməsi. Karantin qoymaq. Karantində olmaq (saxlamaq). Karantin müddəti.
2. Epidemiya...

KARASTI (ID - 20265)

is. 1. Bir şey qayırmaq üçün lazım olan əl aləti. Qonşuya karastı verməyən məhşərə qolsuz gələr. (Ata. sözü). Bütün emalatxanaların maşın və karastıları dağılmışdı. M.S.Ordubadi. Dəmirçi gətirdiyi karastılarla Həmzənin...

KARAT (ID - 20266)

is. [ərəbcədən] xüs. Qiymətli daşların 200-206 mq-a bərabər çəki ölçüsü.

KARATE (ID - 20267)

is. [lat.] 1. Özünü müdafiə sistemi. Güləş növü.

KARATLIQ (ID - 20268)

sif. Saylara qoşularaq karatın miqdarını göstərir (bax karat). Iki karatlıq brilyant. - Bu təntənəyə Iran şahzadəsi .. 12 karatlıq bir brilyant üzüyü də .. satıb xərc etmişdi. M.S.Ordubadi.

KARBİD (ID - 20269)

[lat. carbo - kömür və yun. eidos növ] kim. Karbonun bəzi metal və metalloidlərlə birləşməsi. Dəmir karbidi. Karbid lampası - suyun kalsium karbidə təsiri nəticəsində alışan asetilenlə yanan lampa.

KARBOL (ID - 20270)

[lat. ]: karbol turşusu - spesifik iyi olan zəhərli dezinfeksiya maddəsi fenol karbol məhlulu.

KARBON (ID - 20271)

[lat.] Təbiətdə bütün üzvi maddələrin ən mühüm tərkib hissəsi olan kimyəvi element. Radioaktiv karbon. Sulu karbon. - Canlının bədənini təşkil edən kimyəvi elementlər içərisində mühüm yer tutan elementlərdən biri karbondur....

KARBONAR(İ) (ID - 20272)

[ital. carbonaro] XIX əsrin əvvəllərində İtaliyada meydana gəlmiş, yadellilərin zülmünə qarşı və İtaliyanın birləşməsi uğrunda mübarizə aparan gizli cəmiyyətin üzvü.

KARBONAT (ID - 20273)

[lat.] 1. kim. Karbon turşusu duzu (soda, potaş və s).
kim. geol. Tərkibində karbon turşusu olan mineralların adı.
xüs. Xırda dənəli qara almaz (quyu qazma, cilalama və s. işlərdə işlənir).

KARBONATLI (ID - 20274)

sif. xüs. Tərkibində karbonat olan. Karbonatlı süxurlar.

KARBONATLILIQ (ID - 20275)

is. xüs. Bir şeydə (süxurda və s.-də) olan karbonatın dərəcəsi. Torpağın karbonatlığı.

KARBONLAŞDIRILMA (ID - 20276)

“Karbonlaşdırılmaq” dan f.is.

KARBONLAŞDIRILMAQ (ID - 20277)

məch. xüs. Karbon hopdurulmaq, karbon qazı ilə doyuzdurulmaq.

KARBONLAŞDIRMA (ID - 20278)

“Karbonlaşdırmaq” dan f.is.

KARBONLAŞDIRMAQ (ID - 20279)

f xüs. Karbon qazı hopdurmaq, karbon qazı ilə doyuzdurmaq.

KARBONLU (ID - 20280)

sif xüs. Tərkibində karbon olan, karbon qarışdırılmış.

KARBÜRASİYA (ID - 20281)

[fr.] xüs. Daxili yanacaqlı mühərriklərdə duru yanacaq ilə havanın qarışmasından yanacaq qatışığı əmələ gəlməsi. Karbürasiya etmək.

KARBÜRATOR (ID - 20282)

[fr.] xüs. Daxilində karbürasiya əmələ gələn cihaz (daxili yanacaqlı mühərriklərdə).

KARBÜRATORLU (ID - 20283)

sif. Karbüratoru olan. Karbüratorlu motor.

KARDİNAL (ID - 20284)

[lat.] Katolik kilsəsində yüksək (papadan sonra birinci) ruhani rütbəsi, habelə bu rütbəni daşıyan şəxs. Kardinal rütbəsi.

KARDİNALLIQ (ID - 20285)

is. Kardinal rütbəsi, vəzifəsi.

KARDİOQRAF (ID - 20286)

[yun. kardia - ürək və grapho - yazıram] xüs. Ürək fəaliyyətini yazmaq üçün cihaz.

KARDİOQRAFİYA (ID - 20287)

[yun. kardia - ürək və grapho - yazıram-dan] tib. Kardioqraf vasitəsilə ürək fəaliyyətinin yazılması.

KARDİOQRAM (ID - 20288)

[yun. kardia - ürək və gramma - yazı] xüs. Ürək fəaliyyətinin qrafik təsviri.

KARDİOLOGİYA (ID - 20289)

[yun. kardia - ürək və logos - elm] Tibb elminin ürək xəstəliklərini tədqiq edən bölməsi.

KARDİOLOJI (ID - 20290)

sif tib. Ürəyə aid olan. // Ürək xəstəliklərinin müalicəsi üçün olan. Kardioloji sanatoriya.

KARDİOLOQ (ID - 20291)

[yun. kardia - ürək və logos
elm-dən] Ürək xəstəlikləri mütəxəssisi olan həkim.

KAREL (ID - 20292)

Kareliyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Karel dili. Karel ədəbiyyatı.

KARET(A) (ID - 20293)

[pol.] köhn. Hər tərəfi örtülü, dördtəkərli, at qoşulan, yaylı minik arabası. Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ə.Haqverdiyev. [Ana:] Qızım karet içində,...

KARƏ (ID - 20294)

[fars. ]: nə karəsən? - nəçisən? nə işin sahibisən? [Gənc:] Kimsən, nə karəsən, bilmirəm, mənim sirrimə əl aparma! Çəmənzəminli. Nəkarədir - nəçidir, kimdir, nə ixtiyarı var, nə haqqı var. Nə Leyli sən kimi olmuş, nə...

KARGAH (ID - 20295)

is. [fars.] Xalça, palaz və s. toxumaq üçün çərçivə şəklində qurğu; hana, dəzgah. □ Kargah toxumaq - hanada xalça, palaz və s. toxumaq. Yar durub kargah toxuyur; Nəfəsi ənbər qoxuyur. Aşıq Əli.

KARGƏR (ID - 20296)

is. [fars.] köhn. Fəhlə, əmələ, işçi. Atam əllaf babam dülgər idi; Qardaşım culfa, əmim kargər idi. M.Ə.Sabir. [Biluri:] Həqiqət və namus ancaq rəncbərdə və kargərin həyatında qalıb, heyif ki, onların da ürəyi əli kimi kobuddur....

KARGİR (ID - 20297)

is. [fars.] köhn. Təsir, əlac. Kargir olmaq - təsir etmək, əlac etmək. Bir gün də miraxur gəlib xəbər verdi ki, xanın çox istədiyi kürən atı bir sancı tutub, hər nə edilirsə, kargir olmur. Ə.Haqverdiyev.

KARGÜZAR (ID - 20298)

is. [fars.] İdarə və s.-də dəftərxana işlərini aparan xidmətçi; işlər müdiri. Kargüzarı çağırıb, onlara vəzifə verəcəyini düşünərək tələbələr çox məmnun oldular. A.Şaiq. Kargüzar olmusan, müxbir olmusan; Ey qoca müəllim,...

KARGÜZARXANA (ID - 20299)

is. [fars.] köhn. kit. Dəftərxana. Molla əmi, .. bizim kargüzarxanamız keçəcəkdə də vətənə çox xidmət edib. C.Məmmədquluzadə.

KARGÜZARLIQ1 (ID - 20300)

is. Kargüzarın işi, məşğuliyyəti, vəzifəsi. Kargüzarlıq vəzifəsi. // Dəftərxana işləri. □ Kargüzarlıq etmək
dəftərxana işlərini aparmaq.

KARGÜZARLIQ2 (ID - 20301)

is. köhn. Kömək, yardım. □ Kargüzarlıq etmək (buyurmaq) kömək etmək. [Əhməd:] ..Gərəksiz bu bəyə lazımınca kömək edəsiniz, işlərinə kargüzarlıq buyurasınız. N.Vəzirov.

KARXANA (ID - 20302)

is. [fars.] 1. köhn. Fabrik, zavod, emalatxana. Çit karxanası. - Kitayda yapon malı baykot edilib, yapon karxanalarını işsiz qoyublar. C.Məmmədquluzadə. Hər səhər günçıxanda karxana irili-xırdalı yüzlərlə oğlan və qız uşağı...

KARXANAÇI (ID - 20303)

is. köhn. Karxana sahibi. Karxanaçı “qibleyi-aləm” sözünü eşidəreşitməz titrəməyə başladı. Çəmənzəminli.

KARXANAÇILIQ (ID - 20304)

is. köhn. Karxana sahibliyi.

KARIXDIRICI (ID - 20305)

sif. Karıxdıran, fikri çaşdıran. Karıxdırıcı vəziyyət. Karıxdırıcı sual.

KARIXDIRILMA (ID - 20306)

“Karıxdırılmaq” dan f.is.

KARIXDIRILMAQ (ID - 20307)

“Karıxdırmaq” dan məch.

KARIXDIRMA (ID - 20308)

“Karıxdırmaq” dan f.is.

KARIXDIRMAQ (ID - 20309)

icb. Çaşdırmaq, fıkrini çaşdırmaq. Gözləmədiyi bu atəş düşməni elə karıxdırdı ki, .. yerə sinmək belə yadına düşmədi. Ə.Əbülhəsən. [İsmayıl:] Heç olmasa iki dəstəyə bölünüb, onları iki tərəfdən karıxdırmalıyıq....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed