KARANDAŞis. [rus. əsli “qara daş” sözündən] Yazı yazmaq, şəkil və cizgi çəkmək üçün taxtaya geydirilmiş nazik qrafit, yaxud quru boyaq çubuğu. Qara karandaş.
Qırmızı karandaş. Karandaşla yazmaq. Çernil, qrafit, pero, karandaş; Icad edəni olaydı şil, kaş! M.Ə.Sabir. Xətayinin qılıncını suvardım; Məmməd Araz karandaşı göyərdi. M.Araz. Paylaşın - Hamı bilsin
|