İzahlı lüğət

KARET(A)

[pol.] köhn. Hər tərəfi örtülü, dördtəkərli, at qoşulan, yaylı minik arabası. Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ə.Haqverdiyev. [Ana:] Qızım karet içində, üzündə duvaq, yanında sağdışı, soldışı otursun. A.Şaiq. Aparsın mənzilə bizi kareta; Orda bir gecəlik qonağım ol sən. S.Vurğun. Şaxtalı küçələrdən keçirdi karetalar. R.Rza.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......