KRİ (ID - 22410)ŞNA is. Hindlilərdə Vişnu allahın təcəssümlərindən biri.
|
KROKET (ID - 22411)[ing.] 1. Şarları taxta çəkiclərlə vurub məftil qapılardan keçirməkdən ibarət oyun. Kroket oynamaq. // Bu oyun üçün ləvazimat. // Bu oyun üçün meydança.
|
KROKETÇİ (ID - 22412)is. Kroket oynayan adam.
|
KRON (ID - 22413)[alm.] Bəzi Avropa ölkələrində pul vahidi, habelə həmin dəyərdə olan metal pul. Çexoslovakiya kronu.
|
KROSS (ID - 22414)[ing.] Dərə-təpəli yerdə maneələri aşmaqla idman qaçışı, cıdır və s. Kross yarışı.
|
KROSSVORD (ID - 22415)[ing. cross-word] Müəyyən sözü tapmaq üçün üfüqi və şaquli kvadratlara bölünmüş fiquru hərflərlə doldurmaqdan ibarət oyun; bilməcə. Krossvord həll etmək.
|
KROVAT (ID - 22416) |
KRUJEVA (ID - 22417)[rus.] Paltarı və ya ev müxəlləfatını bəzəmək üçün şəbəkəli tor toxuma. Krujeva yaxalıq. Krujeva pərdə. Krujeva toxumaq.
|
KRUJEVAÇI (ID - 22418)is. Krujeva toxuyan, krujeva ustası.
|
KRUJEVALI (ID - 22419)sif Krujevası olan, krujeva ilə bəzənmiş. Pəncərələr krujevalı pərdələrlə örtülü idi.. S.Rəhman.
|
KRUJKA (ID - 22420)[rus.] bax parç. Bunu deyib leytenant qazançadan krujkaya çay tökdü. Ə.Əbülhəsən.
|
KUB1 (ID - 22421)[yun. kubos] 1. Bütün üzləri kvadrat olan altıüzlü cisim.
riyaz. Hər hansı bir kəmiyyətin özünə üç dəfə vurulmasından alınan hasil. 2 rəqəminin kubu 8-ə bərabərdir. dan. B a x kubmetr. İki kub odun. |
KUB2 (ID - 22422)[yunancadan] Maye qaynatmaq və ya distillə etmək üçün şar, ya silindr şəkilli qab.
|
KUBAOXŞAR (ID - 22423)b a x kubşəkilli.
|
KUBATURA (ID - 22424)[rus. əsli yun.] Bir şeyin həcminin kub hesabı ilə ölçüsü.
|
KUBİK (ID - 22425)[rus. əsliyun.] 1. Kubşəkilli kiçik şey.
Üzərində şəkillər yapışdırılmış kiçik kub şəklində taxta parçalarından ibarət uşaq oyuncağı. Uşağa kubik almaq. Hündürlüyü 20 sm, eni 20 sm, uzunluğu isə 40 sm olan maşınla... |
KUBİZM (ID - 22426)[rus. əsliyun.] XX əsrin birinci rübündə burjua təsviri incəsənətində real aləmdəki şeylərin təsvirini həndəsi fiqurların kombinasiyası ilə əvəz edən ifrat formalist cərəyan.
|
KUBMETR (ID - 22427)[yun. kubos və metron] Eni, uzunu və hündürlüyü metrlə hesablanan həcm ölçüsü. Iki kubmetr taxta. - [Fərman:] Mən də ilin axırına qədər 50 min kubmetr torpaq qazmağı boynuma götürürəm. Ə.Sadıq.
|
KUBMETRLİK (ID - 22428)sif. Kubmetrlə ölçülən, kubmetr ölçüsündə olan (adətən rəqəmlərlə işlənir). Beş kubmetrlik taxta.
|
KUBOK (ID - 22429)[rus. əsli yun.] İdman yarışlarında qalib gələnə priz kimi verilən qiymətli vaz, qab. Azərbaycan kuboku uğrunda futbol yarışları.
|
KUBŞƏKİLLİ (ID - 22430)sif Kub şəklində olan, kuba oxşayan; kubaoxşar.
|
KUD (ID - 22431)is. məh. Arı saxlanan səbət, arı səbəti.
|
KUDU (ID - 22432)bax qabaq1
|
KUFİ (ID - 22433)[İraqda Kufə şəhərinin adından]: kufi xətt - ərəb yazısının düz və bucaqlı cizgilərdən əmələ gələn formasının ən qədim adı. Kitabələrdə kufi xətti get-gedə nəsx xətti ilə əvəz edilir. Ə.Salamzadə.
|
KUFUL (ID - 22434)is. dan. Ağacın qurumuş yerlərində əmələ gələn boşluq; koğuş. Bu pətəklər palıd ağaclarının kufullarında, koğuş yerlərində özlərinə yuva salar, hər bir arı nəsli uzun illər buradan ətraf meşəyə öz beçəsini - nəslini...
|
KUKLA (ID - 22435)[rus. əsli yun.] 1. Adam, əksərən qız fiquru şəklində uşaq oyuncağı; gəlincik. Uşağa kukla almaq. Kuklanı geyindirmək. Ağca xanım anası gətirdiyi gözəl kuklalara .. baxıb çox şad oldu. S.S.Axundov. Yazıq anan necə dözsün;...
|
KUKLAÇI (ID - 22436)is. Kukla qayırmaqla məşğul olan, kukla qayıran usta.
|
KUKLUKSKLAN (ID - 22437)[ing. ku-klux-klan] ABŞ-da zəncilərə və qabaqcıl adamlara vəhşi divan tutan terrorçu təşkilat.
|
KUKLUKSKLANÇI (ID - 22438)is. Kukluksklan bandası iştirakçısı.
|
KULA (ID - 22439)is. məh. Odun, odun parçası. Ocağa kula qoymaq. Kula doğramaq.
|
KULAK (ID - 22440)[rus.] bax qolçomaq 1-ci mənada. [Mirzə Hüseyn:] O yekəqarın kulakla nə söhbət eləyirdin? Ə.Haqverdiyev. Mədəd muzdurlar komitəsinin təlimatçılığı vəzifəsində çalışar, əsas etibarilə kulaklarla muzdurlar arasında şərtnamə...
|
KULMİNASİYA (ID - 22441)[lat.] 1. astr. Göy cisminin müşahidə yerinin meridianından keçməsi.
məc. İnkişafın, yüksəlişin, gərginliyin ən yüksək momenti, dövrü. Kələntərli deyirdi ki, [Sultan] pəncərənin qabağına gedəndə bilin ki, qəzəbinin... |
KULON1 (ID - 22442)[xüs. ad-dan] Elektrik cərəyanının ölçü vahidi.
|
KULON2 (ID - 22443)[fr. coulant] Zəncirə bənd edilmiş qiymətli daş və ya daşlardan ibarət qadın boyunbağısı.
|
KULTİVASİYA (ID - 22444)[fr.] k.t. Torpağın kultivatorla becərilməsi, yumşaldılması. Bütün yay müddətində [manqa üzvləri] altı dəfə kultivasiya, yeddi dəfə də kətmənləmə apardılar. İ.Əfəndiyev. Alaq, kultivasiya, kətmən, suvarma; Bizim işimizin...
|
KULTİVATOR (ID - 22445)[fr. cultivateur] k.t. Şumlanmış torpağı yumşaltmaq, cərgələrarasını becərmək və s. üçün kənd təsərrüfat aləti. Kultivatoru traktora qoşmaq. - Traktor və kultivator hələ də gəlib çıxmırdı. Ə.Vəliyev.
|
KULTİVATORÇU (ID - 22446)is. Kultivatorda işləyən, kultivasiya edən işçi.
|
KULTUROLOGİYA (ID - 22447)is. [lat. və yun.] Mədəniyyəti öyrənən elm sahəsi.
|
KULUF1 (ID - 22448)is. Divarm, hasarm altından su axmaq üçün açılan deşik, dəlik. Qulu rütubətdə ölümün pəncəsində çapalayır, .. tezcə sürünüb kəhrizin kulufuna girir. S.Rəhimov.
|
KULUF2 (ID - 22449)is. dan. Tənə, sərki. □ Kuluf vurmaq - b a x kuluflamaq.
|
KULUFLAMA (ID - 22450)"Kuluflamaq” dan f.is.
|
KULUFLAMAQ (ID - 22451)f Tənə vurmaq, sərkiləmək.
|
KUMARİN (ID - 22452)is. [fr.] Təzə biçilmiş ot iyi verən sintetik maddə.
|
KUMIS (ID - 22453)b a x qımız.
|
KUMPUL (ID - 22454)is. məh. Ağır çəkic, iri çəkic.
|
KUPE (ID - 22455)[fr. coupe - kəsmək] Vaqonda bir neçə sərnişin üçün ayrıca bölmə, otaq. Ikiadamlıq kupe. Kupeyə girmək. - Kupedəki iki gənc məmnun baxışları ilə münaqişəni seyr edirdilər. A.Şaiq. Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi...
|
KUPLET (ID - 22456)[fr. cuplet] 1. Şerin, mahnının iki, dörd və daha artıq misradan ibarət qitəsi, bəndi. Iki kuplet şeir. Mahnıdan bir kuplet oxumaq.
2. Məişət və ya siyasi mövzuda, adətən, təkrar olunan nəqərat şəklində satirik və ya yumoristik... |
KUPLETÇİ (ID - 22457)is. Kuplet ifa edən estrada artisti.
|
KUPON (ID - 22458)[fr.] 1. Qiymətli kağızlardan faiz almaq üçün onlardan kəsilən talon.
xüs. Teatr lojasında bir yerin bileti. |
KURA (ID - 22459)is. bot. Sarı rəngli yabanı yeməli bitki.
|
Bu səhifə dəfə baxılıb