KUPE[fr. coupe - kəsmək] Vaqonda bir neçə sərnişin üçün ayrıca bölmə, otaq. Ikiadamlıq kupe. Kupeyə girmək. - Kupedəki iki gənc məmnun baxışları ilə münaqişəni seyr edirdilər. A.Şaiq. Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında.. İ.Məlikzadə.
Paylaşın - Hamı bilsin
|