KÜM (ID - 22610)is. dan. Barama, barama qurdu.
|
KÜMBƏD, KÜMBƏZ (ID - 22611)bax künbəz. Bu
fikirdə ikən gözümə bir kümbəd dəydi. S.S.Axundov. |
KÜMBƏDLİ, KÜMBƏZLİ (ID - 22612)bax künbəzli.
Tamam üstü kümbədli bir köhnə məzar tapır və içində gizlənir. S.S.Axundov. |
KÜMÇÜ (ID - 22613)məh. bax baramaçı 1-ci mənada. [Heydər bəy:] Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən kotançı və kümçü görünməyib. M.F.Axundzadə.
|
KÜMÇÜLÜK (ID - 22614)bax baramaçılıq. Kümçülüklə məşğul olmaq.
|
KÜMDAR (ID - 22615)b a x kümçü.
|
KÜMDARLIQ (ID - 22616)b a x kümçülük.
|
KÜMXANA (ID - 22617)is. Küm saxlamaq üçün qarğıdan, ağacdan və s.-dən düzəldilmiş qəfəsəli yer, tikili. Kümxananı qaydaya salmaq.
|
KÜMÖYÜL (ID - 22618)is. zool. Ağacları qurudan qurd, zərərverici cücü.
|
KÜNC (ID - 22619)is. [fars.] Bucaq, guşə. Şkafın küncü. Küncə çəkilmək. - Arvad ələyi gətirəndən sonra Qurban oturdu otağın bir küncündə və başladı gəci ələməyə. C.Məmmədquluzadə. Məhbuslar qorxularından küncə qısılırlar. Ü.Hacıbəyov....
|
KÜNC-BUCAQ (ID - 22620)is. 1. Bax künc. Otağın fərşi çoxdan bəri süpürülməmişdi: küncbucağı, tavanı hörümçək toru basmışdı. M.S.Ordubadi. [Xalıqverdi:] Mitillərimin hamısını söküb, küncü-bucağı qazıq-qazıq eləyibsiniz. Ə.Vəliyev.
2.... |
KÜNCLÜ (ID - 22621)sif Küncü, tini olan.
|
KÜNCÜD (ID - 22622)is. 1. Tumundan yağ alınan ağ rəngli çiçəkləri olan birillik bitki. Küncüd çiçəkləmişdir.
2. Bu bitkinin toxumu (çörəyin üstünə səpilir, tibdə işlədilir). Solmaz küncüddən tutmuş qarpız tumuna qədər əlinə nə düşsə,... |
KÜNCÜDLÜ (ID - 22623)sif. Küncüd vurulmuş, küncüd qatılmış, tərkibində küncüd olan. Küncüdlü halva. Küncüdlü çörək. - ..Kimi ayaq üstə durub ağzına küncüdlü qovurğa atır. Ə.Abasov.
|
KÜNDƏ1 (ID - 22624)is. 1. Sonradan yaymaq, yastılamaq üçün yumru hala salınmış xəmir parçası. Bir kündə xəmir. Kündələri tabağa yığmaq.
Atam elə bicdir ki, kündəni sayır, anam elə bicdir ki, kündədən kəsir. (Məsəl). Gülsənəm son kündəni... |
KÜNDƏ2 (ID - 22625)is. [fars.] Keçmişdə: qaçmasın deyə dustaqların ayaqlarına, boyunlarına və ya əllərinə vurulan ağır şey. Mən aşiqəm tey yara; Canım aldı tey yara; Boynum kündədə olsun; Əlim yetsin tey yara. (Bayatı). Xəlil paşa hökm elədi,...
|
KÜNDƏAÇAN (ID - 22626)is. Kündəni yaymaq üçün alət.
|
KÜNDƏLƏMƏ (ID - 22627)“Kündələmək” dən f.is.
|
KÜNDƏLƏMƏK (ID - 22628)f Xəmirdən kündə hazırlamaq, kündə qayırmaq, kündə tutmaq.
O, süfrə qabağında oturub xəmir kündələyirdi. S.Rəhimov. |
KÜNDƏLƏNMƏ (ID - 22629)“Kündələnmək” dən f.is.
|
KÜNDƏLƏNMƏK (ID - 22630)məch. Xəmirdən kündə hazırlanmaq, kündə qayrılmaq, kündə tutulmaq. Xəmir kündələndi.
|
KÜNDƏLİ (ID - 22631)sif Ayağına və ya boynuna kündə vurulmuş (b a x kündə2
|
KÜNDƏLİK (ID - 22632)is. Saylarla işlənərək, xəmirdən tutulacaq kündənin miqdarını bildirir. On kündəlik xəmir yoğurmaq.
|
KÜNDÜR (ID - 22633)is. [fars.] Saqqız ağacının qabığından hazırlanan xoşiyli sarımtıl maddə. Yazılmış uca məzar daşlarının dibindən çıxan səndəl və kündür tüstüləri qızların nəzərini cəlb edirdi. M.S.Ordubadi.
|
KÜNƏ (ID - 22634)is. Yumurtanın enli (küt) tərəfi. ..Əli yumurtasının künəsini tutur və deyir.. C.Məmmədquluzadə.
|
KÜNFƏYƏKÜN (ID - 22635)[ər.]: künfəyəkün etdirmək - alt-üst etdirmək, darmadağın etdirmək. [Məstəli şah:] Xanım, buyurursunuzmu Pariji künfəyəkün etdirim, altını üstünə çevirtdirim. M.F.Axundzadə. Künfəyəkün etmək - alt-üst etmək, darmadağın...
|
KÜNG (ID - 22636)is. köhn. Saxsı boru (su kəməri və ya kanalizasiya üçün).
|
KÜNH (ID - 22637)is. [ər.] klas. Bir şeyin əsli, mahiyyəti, əsası, məğzi. Adəmin künhünü anlardı, qılardı səcdə. S.Ə.Şirvani. Çatdı ya ki, uşaqların; Künhünə elmü sənətin? Yaxşı ki, qorxub az yedin; Toxluq edər təbiətin. A.Səhhət. Künhünə...
|
KÜNYƏ (ID - 22638)is. [ər.] Bir şəxsin adı, əslinəsəbi və s. kimi xüsusiyyətlərini göstərən qeyd (adətən ərəb dilində “əbu”, “ibn”, “ümm” sözləri ilə başlanan ləqəb). Çün Nəsiminin Əbülfəzl oldu həqdən künyəsi. Nəsimi.
|
KÜP (ID - 22639)is. Kürədə bişmiş sarı palçıqdan, gildən qayrılan iri saxsı qab. Su küpü. Bir küp sirkə. Küpü doldurmaq. - Mənim rəhmətlik dədəm burada yeddi küp qızıl basdırıb. “M.N.lətif’. Pusqu üçün girdi küpün dalına; Çəkdi...
|
KÜP2 (ID - 22640)is. 1. B a x dibcik. Tüfəngin küpilə vurub boynuna; Əl salıb cibinə, həmi qoynuna... H.K.Sanılı. [Gödək kişi] tüfəngin küpünü yerə qoydu, sağ əlini [Qədirə] verdi. Mir Cəlal. Əsgər əlini tüfəngin küpünə vurdu. Ə.Əbülhəsən....
|
KÜPÇƏ (ID - 22641)is. Balaca küp, kürəcik. O qədər küp üstə küpçələr sınıb. (Ata. sözü).
|
KÜPÇÜ (ID - 22642)is. İp və s. boyayan adam; boyaqçı.
|
KÜPÇÜLÜK (ID - 22643)is. Küpçünün işi, sənəti, peşəsi; boyaqçılıq.
|
KÜPƏ1 (ID - 22644)is. Su, yağ və s. tökülən müxtəlif ölçülü saxsı qab. Yağı küpələrə doldurmaq. Küpənin ağzını bağlamaq. Küpəyə doşab tökmək. - Saat yarımdan sonra Qurban gəldi. Küpəni, ləyəni, parçı və bir lüləyin gətirdi. Məmmədquluzadə....
|
KÜPƏ2 (ID - 22645)is. dan. Tumurcuq. Ağacın küpəsinə baxmaq.
|
KÜPƏCİK (ID - 22646)b a x küpçə.
|
KÜPƏÇİÇƏYİ (ID - 22647)is. bot. Parlaq, çox vaxt qırmızı çiçəkləri olan dekorativ kol-bitki.
|
KÜPƏGİRƏN (ID - 22648)küpəgirən qarı folk. hiylə, biclik, fırıldaq, ara vurmaq kimi işlərlə məşğul olan qarı (nağıllarda mənfi surət kimi işlənir). [Həkimbaşı:] Gör bir küpəgirən qarı tapa bilərsənmi? Ə.Haqverdiyev. Kənardan küpəgirən, işsiz,...
|
KÜPƏLƏMƏ (ID - 22649)“Küpələmək” dən f.is.
|
KÜPƏLƏMƏK (ID - 22650)f Küpə qoymaq, küpə salmaq; bankalamaq. Xəstəni küpələmək.
|
KÜPƏLƏNMƏ (ID - 22651)“Küpələnmək” dən f.is.
|
KÜPƏLƏNMƏK (ID - 22652)məch. Küpə qoyulmaq, küpə salınmaq; bankalanmaq.
|
KÜPƏLƏTDİRMƏK (ID - 22653)bax küpələtmək.
|
KÜPƏLƏTMƏ (ID - 22654)“Küpələtmək” dən f.is.
|
KÜPƏLƏTMƏK (ID - 22655)icb. Küpə qoydurmaq, küpə saldırmaq; bankalatdırmaq.
|
KÜPƏMƏ (ID - 22656)“Küpəmək” dən f.is.
|
KÜPƏMƏKf (ID - 22657)dan. 1. B a x gopamaq 1-ci mənada. Qız almanı küpədi [Məlik Cümşüdün] dalınca. (Nağıl).
2. Acgözlüklə yemək, aşırmaq, tıxmaq, ötürmək. Xörəyi küpəmək. |
KÜPSƏMƏ (ID - 22658)“Kürsəmək” dən f.is.
|
KÜPSƏMƏK (ID - 22659)bax küpəmək 1-ci mənada. Ağca xanım keçib uşağın qolundan tutdu, murdar bir pişik balası kimi çıxarıb eyvana qoydu, kürəyinə də bir yumruq küpsədi. Mir Cəlal.
|
Bu səhifə dəfə baxılıb