KÜPis. Kürədə bişmiş sarı palçıqdan, gildən qayrılan iri saxsı qab. Su küpü. Bir küp sirkə. Küpü doldurmaq. - Mənim rəhmətlik dədəm burada yeddi küp qızıl basdırıb. “M.N.lətif’. Pusqu üçün girdi küpün dalına; Çəkdi əlin bığına, saqqalına. S.Ə.Şirvani. Çoban məşəlin yanındakı iri küpdən bir parça [neft] götürüb məşələ atdı. M.Rzaquluzadə. □ Küp qəbri tar. - çox qədimlərdə ölülərin basdırıldığı və indi qazıntı halında tapılan küpə - qəbir.
□□ Küp dibində yatan - daim sərxoş halda olan adam haqqında. Küp dibində yatmaq həddindən çox içmək, həmişə sərxoş olmaq, sərxoşluq etmək. [İskəndər:] ..Cəlal, ay Cəlal! Sən də mənim kimi dərs oxuyub qurtarandan sonra, başlayacaqsan Iskəndər dadaşın kimi küp dibində yatmağa. C.Məmmədquluzadə. Küp qarısı - b a x küpəgirən. Daha pünhan qala bilməz nə xeyir, nə şər əməli; Küdurətin küp qarısı gələ bilməz kələk bizə. Şəhriyar. Küpünə girmək (çaxırın və s. içkinin) - həddindən artıq içmək (şərab və b. içki). [Məşədi Səfərqulu:] Sən öləsən, şərabın küpünə girir. S.S.Axundov. Küpünü yum! - ağzını yum! sus! Paylaşın - Hamı bilsin
|