KÜNDƏ1is. 1. Sonradan yaymaq, yastılamaq üçün yumru hala salınmış xəmir parçası. Bir kündə xəmir. Kündələri tabağa yığmaq.
Atam elə bicdir ki, kündəni sayır, anam elə bicdir ki, kündədən kəsir. (Məsəl). Gülsənəm son kündəni də .. sacın üstünə sərdi. S.Rəhimov. Pəri nənə səy və diqqətlə iri kündəni yayırdı. M.Hüseyn. məc. Qalın, kobud, kələ-kötür. [Mürsəl:] Ayaqların kündə, əllərin kösöy; Gəlin gedən kimi qaynananı döy! S.Rüstəm. // Sif. mənasında. Kündə əl. Kündə ayaq. Paylaşın - Hamı bilsin
|