İzahlı lüğət

KÜNFƏYƏKÜN

[ər.]: künfəyəkün etdirmək - alt-üst etdirmək, darmadağın etdirmək. [Məstəli şah:] Xanım, buyurursunuzmu Pariji künfəyəkün etdirim, altını üstünə çevirtdirim. M.F.Axundzadə. Künfəyəkün etmək - alt-üst etmək, darmadağın etmək. [Məşədi:] ..And olsun oğlumun canına, ayda manat bir şahıdan artıq müamilə almamışam. Artıq almışamsa, Allah mənim evim künfəyəkün eyləsin.. Ə.Haqverdiyev. Künfəyəkün olmaq - alt-üst olmaq, darmadağın olmaq; məhv olmaq, dağılmaq. Qərəz, ailə bir neçə ilin içində künfəyəkün oldu. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed