İzahlı lüğət

KEŞNİŞ (ID - 20610)

is. Yeyilən, xörəyə tökülən xoşiyli göyərti növü. Iki dəstə keşniş. Xörəyə keşniş tökmək. Keşniş doğramaq. - Bədnal atı nallıyan vaxtda yumşaltmaqdan ötrü məsləhət edirlər ki, bir dəsmala bir neçə damcı keşniş...

KEY (ID - 20611)

sif Hissiz, duyğusuz, süst; cansız kimi. Key adam. Key (z.) olmaq. - Biçarə kişi, qanmağa başın hələ keydir; Axır mənə bir söylə görüm, elm nə şeydir? M.Ə.Sabir. Durna key bir qorxu ilə ananın gözlərinə baxdı.. İ.Əfəndiyev....

KEYBƏND (ID - 20612)

is. Üzü hamar, astarı tüklü saya palaz növü. [Dərviş:] Qoca arvad bir kilim, bir keybənd gətirdi. A.Divanbəyoğlu.

KEYF (ID - 20613)

b a x kef. [Əliməmməd:] Neçə belə bayramlar görək, keyfimiz kök, damağımız çağ olsun! Çəmənzəminli. O mühəndis qıza, o doktor qıza; Mən də şeir yazım keyfim gələndə. M.Müşfiq.

KEYFİYYƏT (ID - 20614)

is. [ər.] 1. Bir şey və ya şəxsi başqasından fərqləndirən xüsusiyyət,
əlamət (əsasən, müsbət xüsusiyyət, əlamət). İnsanın ən yaxşı keyfiyyəti. - Yoxsa bu keyfiyyətə rah neçin verməyir? Gah verir filməsəl, gah neçin...

KEYFİYYƏTCƏ (ID - 20615)

sif. Keyfiyyətinə görə fərqlənən. Keyfiyyətcə yaxşı mal. Keyfiyyətcə pis mal.

KEYFİYYƏTLİ (ID - 20616)

sif. 1. Müəyyən keyfiyyətə malik olan. Yaxşı keyfiyyətli. Orta keyfiyyətli.
2. Keyfiyyətcə yüksək olan; yaxşı, əla. Keyfiyyətli mal. Keyfiyyətli polad.

KEYFİYYƏTLİLİK (ID - 20617)

is. Müəyyən keyfiyyətə malik olan şey və s.-nin xüsusiyyəti, halı.

KEYFİYYƏTSİZ (ID - 20618)

sif. Keyfiyyəti pis olan; pis, alçaq. Keyfiyyətsiz mal. Keyfiyyətsiz material.

KEYFİYYƏTSİZLİK (ID - 20619)

is. Keyfiyyətsiz şey və s.-nin xüsusiyyəti, halı.

KEYİDİCİ (ID - 20620)

bax keyləşdirici. Keyidici dərman.

KEYİKDİRİLMƏ (ID - 20621)

“Keyikdirilmək” dən f.is.

KEYİKDİRİLMƏK (ID - 20622)

bax keyləşdirilmək.

KEYİKDİRMƏ (ID - 20623)

“Keyikdirmək” dən f.is.

KEYİKDİRMƏK (ID - 20624)

bax keyləşdirmək.

KEYİKMƏ (ID - 20625)

“Keyikmək” dən f.is.

KEYİKMƏK (ID - 20626)

bax keyimək.

KEYİMƏ (ID - 20627)

“Keyimək” dən f.is.

KEYİMƏK (ID - 20628)

f. 1. Hərəkət qabiliyyətini itirmək, qurumaq, çəng olmaq, keyləşmək. Hatəm xanın qolu keyiyib dondu, onun gözü pər-pər çaldı. S.Rəhimov. [Səlbinin] ayağı elə keyimişdi ki, barmaqlarını kəssəydilər xəbəri olmazdı. Ə.Vəliyev....

KEYİMİŞ (ID - 20629)

f.sif. 1. Hərəkət qabiliyyətini itirmiş, çəng olmuş; qurumuş. Keyimiş əl.
Talıb xanla yasavul üzüyuxarı qalxıb, qapıdan bir az aralıda keyimiş halda yerə düşdülər. S.Rəhimov. [Qızın] keyimiş dizləri sanki hissini itirmişdi....

KEYİŞMƏ (ID - 20630)

“Keyişmək” dən f.is.

KEYİŞMƏK (ID - 20631)

bax keyimək. Qədir həm yorulmuş, həm də qıçları sanki tutulmuş, keyişmişdi. Mir Cəlal.

KEYİTMƏ (ID - 20632)

“Keyitmək” dən f.is.

KEYİTMƏK (ID - 20633)

b a x keyləşdirmək. Həyəcanlı sözlər soyuq su damlaları kimi Zibeydənin üzərinə tökülüb, onu keyitdi. Çəmənzəminli. Həkimin verdiyi ağır xəbər elektrik cərəyanı kimi [qızın] qəlbinə çarpıb, bütün əsəblərini keyitmişdi....

KEYLƏŞDİRİCİ (ID - 20634)

sif. Keyləşdirən, key edən, hissizləşdirən. Keyləşdirici iynə (dərman). - Yerli təsir göstərmək üçün [dərmanlara] antiseptik, büzücü, keyləşdirici, ağrıkəsici və başqa maddələr daxil edirlər. R.Əliyev.

KEYLƏŞDİRİLMƏ (ID - 20635)

“Keyləşdirilmək” dən f.is.

KEYLƏŞDİRİLMƏK (ID - 20636)

məch. Key edilmək; hissizləşdirilmək.

KEYLƏŞDİRMƏ (ID - 20637)

“Keyləşdirmək” dən f.is.

KEYLƏŞDİRMƏK (ID - 20638)

f 1. Key hala salmaq; hissizləşdirmək. İynə vurub əti keyləşdirmək.
2. məc. dan. Keyləşməsinə, süstləşməsinə, donub qalmasına səbəb olmaq; sarsıtmaq. Bu xəbər onu keyləşdirdi.

KEYLƏŞMƏ (ID - 20639)

"Keyləşmək” dən f.is.

KEYLƏŞMƏK (ID - 20640)

bax keyimək. Gülnaz, hiss və duyğuların keyləşdiyi, ilk məhəbbətin açılmadan solduğu, ümidsizlik içərisində daşa dönmüş qəlbini ərbaba verdi. M.İbrahimov. Sənubər başı keyləşənə .. qədər oxudu. B.Bayramov.

KEYLİK (ID - 20641)

is. 1. Keyləşmiş, hissizləşmiş şeyin halı. Əlin keyliyi.
2. məc. Süstlük, kütlük, hissizlik. Şirin özündə bir keylik hiss edirdi. İ.Əfəndiyev.

KEYSU (ID - 20642)

is. [fars.] klas. Uzunsaç, zülf, hörük. Belə türrə, belə keysu, - belə saç; Belə qəmzə, belə qaşü göz olmaz. Q.Zakir. Firqətindən qara bağrım olub su; Alıbdır qərarım o zülfü keysu. Aşıq Məhəmməd.

KƏBƏ (ID - 20643)

is. [ər.] 1. Məkkədə müsəlmanların müqəddəs saydıqları bina - qibləgah. Ey həqqi hər yerdə hazırdır deyən əgrinəzər; Bəs nə mənada seçərsən Kəbədən bütxanəni? Nəsimi. [Şeyx Nəim:] Eylədin Kəbə qarşısında yəmin;...

KƏBİN (ID - 20644)

is. [fars.] köhn. 1. Evlənmə əsnasında kişi (oğlan) tərəfindən qadına (qıza) vəd edilən nikah bahası; başlıq, mehr. [Mərcan bəy:] ..Qabaqda axmaqlıq edib, kəbin pulunu beş min manat yazdırmışam. Ü.Hacıbəyov. Arvad bədbəxt...

KƏBİNLİ (ID - 20645)

sif. Kəbini olan; qanuni. [Səkinə xanım:] [Zeynəb] qardaşıma kəbinli arvad deyil idi ki, irs apara. M.F.Axundzadə. [Bahadır:] A kişi, nə deyirsən? Kəbinli qızı da qaçırmaq olurmu? N.Nərimanov. ..Zeynəb, Allaha şükür, dul övrətdi,...

KƏBİNLİLİK (ID - 20646)

is. Kəbinli olma, kəbini olma, nikahlılıq.

KƏBİNSİZ (ID - 20647)

sif. Kəbini olmayan, rəsmi nikahı olmayan; qeyri-qanuni. Kəbinsiz arvad. [Qaçay:] Onsuz da Pənah çoxdan tutulmalı idi. Lap Əntiqəni evlərinə kəbinsiz aparan günü... İ.Məlikzadə.

KƏBİNSİZLİK (ID - 20648)

is. Rəsmi nikahın olmadığı hal; nikahsızlıq.

KƏBİR (ID - 20649)

sif. [ər.] klas. Böyük. // İs. mənasında. [Koroğlu:] Qol-qola bağlayın, tutun əsiri; Səğirin kəbirə qatın, gətirin! “Koroğlu”.

KƏBLEYİ (ID - 20650)

köhn. “Kərbəlayı” sözünün canlı dildə işlənən forması (b a x kərbəlayı). [Səfərəli:] Kəbleyi! Sən başa düşmürsən. H.Nəzərli.

KƏBUTƏR (ID - 20651)

is. [fars.] klas. Göyərçin. Bir damdə gördü bir kəbutər. Füzuli. Neçə müddət qərq oldular tufana; Əmr etdi, kəbutər gəzdi hər yana. Aşıq Ələsgər.

KƏC1 (ID - 20652)

sif. [fars.] 1. Əyri. Qoy börkünü kəc qaşının üstünə, fırılda; Kəndin kimi bir lotiyimeydanını görcək. M.Ə.Sabir. Iri, tutqun gözü, acıqlı qaşı; Etinasız, qürurlu, kəc baxışı. A.Səhhət. Kəc baxmaq - əyri baxmaq, pis...

KƏC2 (ID - 20653)

KƏCAVƏ (ID - 20654)

is. [fars.] Keçmişdə Şərqdə: səfərə çıxan adlı-sanlı adamlar üçün minik heyvanlarının, adətən, dəvənin üstündə düzəldilən örtülü yer. Nigar xanımı atdan düşürüb, kəcavəyə mindirdilər. “Koroğlu”. [Fazil:] ..Bu...

KƏCBİN (ID - 20655)

sif. [fars.] köhn. 1. Çəpgöz, qıyıqgöz, çaş. Kəcbin adam.
2. məc. Əyri gözlə baxan, hər şeyi əyri görən, yaxşı bir şey görməyən, xeyirxah olmayan. [Böyükxanım] şəhla gözlərin insaniyyətcə nə qədər kəcbin olduğunu...

KƏCBİNLİK (ID - 20656)

is. köhn. 1. Çəpgözlük, çaşlıq.
2. məc. Pis nəzərlə baxma, hər şeyi tərs görmə, heç bir yaxşı şey görməmə.

KƏCQABIRGA (ID - 20657)

sif. və is. dan. Tərs, inadcıl, höcət. Kəcqabırğa adam. - Mən onun ağzı xeyrə açıldığını görməmişəm. Zalım oğlu kəcqabırğadır. Mir Cəlal.

KƏCLİK (ID - 20658)

is. 1. Qıyqaclıq, çəplik.
2. Tərslik, höcətlik. Dediyim sözümdə mən yenə varam; Məndə kəclik də var, mərdanəlik də. Ə.Vahid.

KƏCMƏDAR (ID - 20659)

sif. [fars. kəc və ər. mədar] klas. Birisinin istək və arzusunun əksinə hərəkət edən; nəhs. ..Mansur axırıncı dəfə fələkdən şikayət etmək üçün ağlar gözlərini göyə dikib tutqun və dilsuz kəlmələrlə təkəllümə başladı:...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed