İzahlı lüğət

KƏBƏ

is. [ər.] 1. Məkkədə müsəlmanların müqəddəs saydıqları bina - qibləgah. Ey həqqi hər yerdə hazırdır deyən əgrinəzər; Bəs nə mənada seçərsən Kəbədən bütxanəni? Nəsimi. [Şeyx Nəim:] Eylədin Kəbə qarşısında yəmin; O bu gün məhv olurmu bir qız için? H.Cavid. // məc. Əsas, mərkəz. Mərhum Molla Tarqulu həmişə deyərdi ki, Danabaş kəndi yer üzünün Kəbəsidir, yəni mərkəzidir. C.Məmmədquluzadə.
2. məc. Ən əziz, ən istəkli, ən müqəddəs sayılan şey haqqında. [İmran:] Onun Kəbəsi mücrüdür ki, gündə yeddi dəfə başına dolansın. S.S.Axundov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed