KƏC1sif. [fars.] 1. Əyri. Qoy börkünü kəc qaşının üstünə, fırılda; Kəndin kimi bir lotiyimeydanını görcək. M.Ə.Sabir. Iri, tutqun gözü, acıqlı qaşı; Etinasız, qürurlu, kəc baxışı. A.Səhhət. Kəc baxmaq - əyri baxmaq, pis niyyətlə baxmaq, pis gözlə baxmaq, etibarsızlıq göstərmək. Ustadına kəc baxanın gözlərinə qan damar. (Ata. sözü). [Mirsadıq:] Hərgah başınızdakı papaqdırsa, sizi ona and verirəm, mənim arvad-uşağıma kəc baxmayın. M.S.Ordubadi. Qorxmamışıq dost görünən düşmənlərin qınağından; Toy tutmuşuq kəc baxanın göyünə də, ağına da. R.Rza.
2. Tərs, höcət. Kəc adam. - [Qapıçı:] Yaxşı tanıyıram kəc Əxistanı; Ya məni boğazdan çəkdirər dara; Ya da ki, saldırar daş zindanlara. M.Rahim. □ Kəc başlamaq tərsliyə başlamaq, inad eləmək, ziddinə getmək, əksinə hərəkət etmək. [Məmişov:] Sən ki mənimlə kəc başladın, mən də məsələni yuxarılara keçirərəm. M.İbrahimov. Kəc danışmaq - əksinə danışmaq, tərs-tərs danışmaq. Paylaşın - Hamı bilsin
|