KEYFİYYƏTis. [ər.] 1. Bir şey və ya şəxsi başqasından fərqləndirən xüsusiyyət,
əlamət (əsasən, müsbət xüsusiyyət, əlamət). İnsanın ən yaxşı keyfiyyəti. - Yoxsa bu keyfiyyətə rah neçin verməyir? Gah verir filməsəl, gah neçin verməyir? M.Ə.Sabir. Bir şeyin dəyərlik, yararlıq, ləyaqət dərəcəsi. Hər yerdə kəmiyyət, keyfiyyət barəsində danışıq gedirdi. S.Hüseyn. Dərs keyfiyyəti uğrunda ciddi mübarizə aparırlardı. S.Rəhimov. Fəlsəfədə: əşyanı, hadisəni və ya prosesi, onun başqa şey deyil, məhz özü olduğunu müəyyənləşdirən xüsusiyyət. Kəmiyyət və keyfiyyət. Kəmiyyətin keyfiyyətə keçməsi qanunu (dialektikanın əsas qanunlarından biri). Qəziyyə, vəziyyət, hadisə. [Hacı Nuru şair:] Hələ bir qulaq asın, [şeri] oxuyum, görün bu keyfiyyəti necə bəlağət və fəsahətlə bəyan etmişəm. M.F.Axundzadə. Çünki qarı bildi bu keyfiyyəti; Özgə sayaq oldu onun niyyəti. A.Səhhət. Səhər qızın atası, Hacı Əbdüləzimin dükanına gedib keyfiyyəti söylədi. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|