İzahlı lüğət

KEYİMƏK

f. 1. Hərəkət qabiliyyətini itirmək, qurumaq, çəng olmaq, keyləşmək. Hatəm xanın qolu keyiyib dondu, onun gözü pər-pər çaldı. S.Rəhimov. [Səlbinin] ayağı elə keyimişdi ki, barmaqlarını kəssəydilər xəbəri olmazdı. Ə.Vəliyev.
2. məc. Hiss və dərk etmə qabiliyyətini itirmək, donub qalmaq, quruyub qalmaq; kütləşmək, süstləşmək. Şeir adı eşidəndə cəmi vücudum keyidi, başım firlanmağa başladı. Çəmənzəminli. Yenə güllə atılırdı, lakin Tərlanın qulaği keyimişdi. M.Hüseyn. // məc. Azalmaq, zəifləmək, keçmək. Ağrısı bir az keyimişdi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed