İzahlı lüğət

KİMYAGƏR (ID - 21260)

is. [ər. kimya və fars. ...gər]
köhn. bax kimyaçı 1-ci mənada. M.F.Axundzadənin “Molla Ibrahimxəlil kimyagər” komediyası. - Qız nə iş görür? O da kimyagərdir. İ.Əfəndiyev.
Keçmişdə: guya hər şeyi qızıla çevirmək...

KİMYAGƏRLİK (ID - 21261)

is. 1. Kimyaçılıq.
isteh. Hər şeyi qızıla çevirmək iddiası və bu iddiada olan adamın halı. [Zahidoğlu:] Deyəndə ki, .. burada kəşflər etmək olmaz, Fərhadoğlu üstümüzə bağırır, kimyagərliyə qurşanır. S.Rəhimov.

KİMYALAŞDIRILMA (ID - 21262)

“Kimyalaşdırılmaq” dan f.is.

KİMYALAŞDIRILMAQ (ID - 21263)

“Kimyalaşdırmaq” dan məch.

KİMYALAŞDIRMA (ID - 21264)

“Kimyalaşdırmaq” dan f.is.

KİMYALAŞDIRMAQ (ID - 21265)

f Kimyanın və maddələri kimyəvi üsulla işləmə üsullarının nailiyyətlərini texnikada, sənayedə və kənd təsərrüfatında tətbiq etmək. Kənd təsərrüfatını kimyalaşdırmaq.

KİMYƏVİ (ID - 21266)

sif. [ər.] 1. Kimyanın tədqiq etdiyi hadisə və proseslərə aid olan, kimyanın obyekti olan. Kimyəvi element. Kimyəvi reaksiya. Suyun kimyəvi təhlili. Qanın kimyəvi tərkibi. İstehsalatda kimya üsullarının tətbiqi və bu üsullarla maddələr...

KİN (ID - 21267)

is. [fars.] Gizli ədavət hissi. Kin bəsləmək. Kin saxlamaq. Kini soyumaq. Qəlbində kin oyanmaq. - Süzdü rəssam onu altdanyuxarı; Saçaraq gözləri kin dalğaları.. Cavid. [Əminə:] Məni tanımır, ehtimal ki, bu hekayəni görüb mənə...

KİNAYƏ (ID - 21268)

is. [ər.] 1. Üstüörtülü, dolayı məna verən söz və ya ifadə. [Gülsabah Mirzə Camala:] Mən artıq bu acı kinayələrdən usandım, öldüm, məni öldür. C.Cabbarlı. [Tahirə] baxır, deyəsən, o da Cəmilin kinayəsində həqiqət olduğunu...

KİNAYƏLİ (ID - 21269)

sif 1. İçində kinayə olan (b a x kinayə 1-ci mənada). Kinayəli söz. Kinayəli baxış. - Bu, eyhamla deyilmiş kinayəli sözlər qocaları yerindən oynatdı. R.Rza. Mirzə ani bir sükutdan sonra kinayəli sözlərini dedi. Mir Cəlal.
2....

KİNDAR (ID - 21270)

[fars.] bax kinli.

KİNDARLIQ (ID - 21271)

bax kinlilik.

KİNEMATOQRAF (ID - 21272)

[yunancadan] 1. Hərəkət edən obyektlərin şəklini işığa həssas plyonkaya çəkmək, habelə bunları ekranda göstərmək üçün aparat; bu aparatın tətbiqinə əsaslanan tamaşa.
2. Bax kinematoqrafiya.

KİNEMATOQRAFÇI (ID - 21273)

is. Kinematoqrafıya işçisi, kino mütəxəssisi.

KİNEMATOQRAFÇILIQ (ID - 21274)

is. Kinematoqrafın işi, peşəsi, sənəti.

KİNEMATOQRAFİYA (ID - 21275)

[yun. kinema və grapho] Kinofılmlər hazırlamaq və onları nümayiş etdirmək sənəti. Azərbaycan kinematoqrafiyası. // Sənayenin kinofilmlər istehsal edən sahəsi. Kinematoqrafiya müəssisələri.

KİNESKOP (ID - 21276)

[yun. kineo və skopeo] Televiziyaya tətbiq edilən qəbuledici, elektrik şüa borusu.

KİNETİK (ID - 21277)

sif [yun.] 1. Kinetikaya aid olan.
2. Hərəkətə aid olan, hərəkətlə bağlı olan. Kinetik enerji - hərəkət enerjisi, cismin hərəkətindən asılı olan enerji ehtiyatı.

KİNETİKA (ID - 21278)

[yun.] 1. Nəzəri mexanikanın dinamikanı və statikanı qavrayan şöbəsi. Fiziki kimyanın, kimyəvi proseslərin sürət və mexanizmini öyrənən hissəsi.

KİNƏ (ID - 21279)

is. əcz. Kinə ağacının qabığından hasil edilən acıdadlı ağ toz dərman; isitmə dərmanı. Kinə atmaq. - [Heybət:] Dünən yaxşı idim, Xəlil dayı, heç nahaq yerə kinəni içmədim. M.Hüseyn.

KİN-KÜDURƏT (ID - 21280)

KİNLİ (ID - 21281)

sif Kin saxlayan. Kinli adam. Dəvə kinli (z.) olar. (Ata. sözü). [Xalq] düşməninə qarşı kinli, inadlı, dostlarına qarşı olduqca mehriban və səmimidir. M.S.Ordubadi. Mehriban başını qaldırdı, kinli bir nəzərlə [Zeynala] baxdı....

KİNLİ-KİNLİ (ID - 21282)

zərf Kinli halda, kinli bir tərzdə; qəzəbli. Yamacın yetimçəsi mənə qalmayıb, - deyə [Əlləzoğlu] kinli-kinli söylənirdi. İ.Hüseynov.

KİNLİLİK (ID - 21283)

is. Kin saxlama, gizli ədavət bəsləmə, ürəyində kinsaxlama xasiyyəti.

KİNO (ID - 21284)

[yun. kinema - hərəkət edən] 1. B a x kinematoqrafiya. Hələ 1927-1928-ci illərdə Cabbarlı kino sənəti ilə maraqlanmağa başlamışdı. M.Arif.
dan. bax kinofilm. Kino göstərmək. Saat iki olar; Uşaqlar üçün televizor; Kino verəcək...

KİNOAKTYOR (ID - 21285)

[yun. kine və fr. acteur] Kinofilmlərdə çəkilən artist.

KİNOAKTRİSA (ID - 21286)

[yun. kine və fr. acteur] Kinofilmlərdə çəkilən aktrisa.

KİNOAPARAT (ID - 21287)

[yun. kine və lat. apparatus] Kinofilmləri göstərmək üçün aparat.

KİNOARTİST (ID - 21288)

[yun. kine və fr. artiste] bax kinoaktyor.

KİNOATELYE (ID - 21289)

[yun. kine və fr. atelier] Kinofilmləri çəkmək üçün xüsusi bina, atelye.

KİNODRAMA (ID - 21290)

[yun. kine və drama] Drama əsasında çəkilmiş film.

KİNODRAMATURGİYA (ID - 21291)

[yun. kine və dramaturgia] Kinematoqrafıya vasitələri ilə nümayiş etdirilmək üçün yazılan ədəbi əsərlər (bir janr kimi).

KİNODRAMATURQ (ID - 21292)

[yun.] Kino (2-ci mənada) üçün ssenari yazan yazıçı, dramaturq.

KİNOFABRİK (ID - 21293)

[yun. kine və lat. fabric] Kinoşəkillər istehsal edən müəssisə, iri kinostudiya.

KİNOFACİƏ (ID - 21294)

[yun. kine və ər. faciə] Faciə əsasında çəkilmiş kinofilm.

KİNOFESTİVAL (ID - 21295)

[yun. kine və lat. festival] Ümumi bir mövzuya həsr edilmiş kinofilmlərin, yaxud hər hansı bir ölkənin ən yaxşı kinofilmlərinin göstərilməsi.

KİNOFİLM (ID - 21296)

[yun. kine və ing. film - lent] Ekranda göstərilmək üçün kinoşəkil. “Leyli və Məcnun “kinofilmi.

KİNOXRONİKA (ID - 21297)

[yun. kine və chronikos] Mövzusu cari həyatdan alınmış kinofilm və ya kinojumal. // Kino incəsənətinin, gündəlik həyatın ayrı-ayrı hadisələrini əks etdirməklə bağlı olan janrı.

KİNOJURNAL (ID - 21298)

[yun. kine və fr. journal] Gündəlik həyatdan ayrı-ayrı epizodları, səhnələri nümayiş etdirən qısametrajlı kinofilm.

KİNOKADR (ID - 21299)

[yun. kine və fr. kadre] Kino lentində olan kadrlardan hər biri.

KİNOKOMEDİYA (ID - 21300)

[yun. kine və komodia] Kino sənəti janrlarından biri; gülməli məzmunlu kinofilm.

KİNOQURĞU (ID - 21301)

is. Kinofilmləri göstərmək üçün qurğu (cihazlar, aparatlar və s.).

KİNOLAŞDIRILMA (ID - 21302)

“Kinolaşdırılmaq” dan f.is.

KİNOLAŞDIRILMAQ (ID - 21303)

məch. Hər hansı bir rayonda, yerdə kinoteatrlar və səyyar kinolar təşkil edilmək, kino şəbəkəsi yaradılmaq.

KİNOLAŞDIRMA (ID - 21304)

"Kinolaşdırmaq” dan f.is. Kinolaşdırma işləri genişlənmişdir.

KİNOLAŞDIRMAQ (ID - 21305)

f 1. Hər hansı bir rayonda, kənddə, qəsəbədə və s.-də daimi surətdə kinofilmləri göstərmək üçün kinoteatrlar və səyyar kinolar təşkil etmək, kino şəbəkəsi yaratmaq. Kəndi kinolaşdırmaq. Məktəbləri (klubları) kinolaşdırmaq....

KİNOLAŞMA (ID - 21306)

“Kinolaşmaq” dan f.is. Kəndin kinolaşması.

KİNOLAŞMAQ (ID - 21307)

f. Kinofilmləri nümayiş etdirmək üçün lazımi avadanlıqla təmin etmək, edilmək. Kənd kinolaşdı.

KİNOLENT (ID - 21308)

[yun. kine və ital. lenta] Kinofilmin ayrıca nüsxəsi, surəti.

KİNOMEXANİK (ID - 21309)

[yun. kine və mechanike] Kinofilmləri nümayiş etdirən, kinoaparata xidmət edən mexanik.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed