İzahlı lüğət

KİNAYƏ

is. [ər.] 1. Üstüörtülü, dolayı məna verən söz və ya ifadə. [Gülsabah Mirzə Camala:] Mən artıq bu acı kinayələrdən usandım, öldüm, məni öldür. C.Cabbarlı. [Tahirə] baxır, deyəsən, o da Cəmilin kinayəsində həqiqət olduğunu təsdiq edərək istehzalı bir təbəssümlə gülürdü. M.Hüseyn. □ Kinayə etmək - kinayə təriqi ilə söyləmək, işarə etmək. ..Şair Nəim “Füyuzat”ın 9-cu nömrəsində nəyə kinayə edibdirsə, özü bilər, ancaq bizim indiki əhvalımızı çox gözəlcə təsvir edib.. Ü.Hacıbəyov. // Üstüörtülü, toxunan söz. Bu kinayələr, görəsən, kimə aiddir?
ədəb. Bir şəxs və ya şey haqqında olan həqiqi fikir, təsəvvürü yalandan əks şəkildə ifadə edən söz, ibarə.
“ilə” qoşması ilə zərf - məsxərə ilə, kinayəli-kinayəli. Kinayə ilə danışmaq. Kinayə ilə süzmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed